Китабын ады


«SƏHİHİ-BUXARİ» VƏ «SƏHİHİ-MÜSLİM»DƏKİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə100/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   96   97   98   99   100   101   102   103   ...   314
2 5290018709182616340

«SƏHİHİ-BUXARİ» VƏ «SƏHİHİ-MÜSLİM»DƏKİ 
XURAFATLARA BİR BAXIŞ 
 
Buxari  «Səhih»İnin  «Ğusl»  kitabının  «Mən  İğtəsələ  Üryanən»  babında  və 
Müslim öz «Səhih»İnin II cüzündə «Fəzaili-Musa» babında və imam  Əhməd ibn 
Hənbəl  «Müsnəd»in  II  cüzünün  315-ci  səhifəsində  və  digər  alimləriniz  Əbu 
Hureyrədən  belə  nəql  edirlər:  «Bəni-İsrail  arasında  belə  bir  adət  vardı:  hər  kəs 
hamı  ilə  birlikdə,  övrət  yerlərini  örtmədən,  suya  girib,  bir-birlərinə  də  baxırdılar. 
Belə  bir  davranış  onların  arasında  eyb  sayılmırdı.  Lakin  həzrət  Musa,  kimsənin 
onun övrət yerini görməməsi üçün, tək yuyunurdu.  
Bəni-İsrail həzrət Musanın bu davranışına qarşı belə deyirdi: «Həzrət Musanın 
tək halda suda yuyunması və bizdən uzaq durmasının səbəbi, bədənində bir nöqsan 
və eybəcərlik olduğuna görədir. Bax, buna görə, bizim onu görməmizi istəmir». 
Bir  gün  həzrət  Musa  yuyunmaq  üçün  bir  suyun  kənarına  getdi.  Paltarlarını 
çıxarıb, bir daşın üzərinə qoydu və suya girdi. Daş həzrət Musanın (ə) paltarlarıyla 
birlikdə  qaçdı.  Musa  da  onun  ardınca  qaçaraq,  «Ey  daş,  paltarım!  Ey  daş, 
paltarım!»  (Yəni  paltarımı  hara  aparırsan?)  deyirdi.  Nəhayət,  bəni-İsrail  həzrət 
Musanın  övrət  yerini  gördü.  Allaha  and  olsun,  «Musanın  bir  nöqsanı  yoxdur» 
dedilər.  Bu  əsnada  daş  yerində  durdu.  Həzrət  Musa  paltarlarını  götürdü.  Daha 
sonra çubuqu ilə daşı döyməyə başladı. Belə ki, daş altı və ya yeddi dəfə inildədi.» 
Allah xatirinə insafla söyləyin, belə bir hadisə siz ağalardan birinin qarşısına 
çıxsaydı,  çılpaq  halda  xalqın  qarşısında,  övrət  yerinizi  gördükləri  halda, 
paltarınızın arxasınca qaçmağınız nə qədər pis olardı?! Fərz elə, belə bir hadisə baş 
verib.  Bu  halda  bu  cür  insan  Sudan  çılpaq  vəziyyətdə  çıxmaz,  paltarlarının 
gətirilməsini camaatdən istəyər.  
Görəsən, insanın ağlı belə bir əməlin Kəlimullah olan həzrət Musa (ə) kimi bir 
şəxsiyyətdən  vücuda  gəldiyinə  və  daşın  hərəkət  edib,  həzrət  Musanın  (ə) 
paltarlarını aparmasına insan inana bilərmi?». 


 
102 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin