Seyid Əbdülhəy: «Həzrət Musanın üzv orqanlarının nöqsanlı olmadığı və
camaatın onun fitq olmadığını bilmələrindən daha böyük haqq nədir ki?».
Dəvətçi: «Fərz edək ki, həzrət Musa fitq idi. Bunun peyğəmbərlik məqamına
nə kimi bir zərəri vardır. Peyğəmbərlər üçün nöqsanlıq sayılan zati nöqsanlıqlardır.
Məsələn: Korluq, karlıq, altı və ya dörd barmaq olmaq, anadangəlmə iflic olmaq,
çolaq olmaq və s. Amma bəzi xəstəliklər, cismi nöqsanlar peyğəmbərlik məqamına
heç bir zərər verməz. Məsələn: Həzrət Yəqub (ə) və həzrət Şüeyb (ə) peyğəmbərin
çox ağlamaqdan gözlərinin kor olması və ya Əyyub (ə) peyğəmbərin bədənin yara
olması və yaxud da, Peyğəmbəri-əkrəmin Ühüd döyüşündə başının yarılması və
dişinin qırılması kimi.
Fıtıq da cismani xəstəliklərdən olub, insan üçün hasil olan şeylərdən biridir.
Bunun nə qədər bir önəmi vardı ki, Allah-təala möcüzə göstərməklə, onun
məqamını müdafiə etmək istəsin?! Beləcə, bəni-İsrail Allahın Peyğəmbərinin (ə)
övrət yerini görsün və o həzrətin (ə) hörməti və şəxsiyyəti xalqın arasında
zədələnsin.
Görəsən, camaat sonradan «həzrət Musa (ə) çılpaq halda camaatın yanına
gəldi və qəzəbli olduğuna görə daha o qədər vurdu ki, daş altı və ya yeddi dəfə
inildədi» deyib, gülməyəcəklərmi? Məgər Allahın peyğəmbərləri daşın hisiyatsız
olduğunu bilmir ki, Musa (ə) da daşı döyür?! Buy alan sözlərdən Allaha sığınıram.