HƏZRƏT MUSANIN (Ə) ÖLÜM MƏLƏYİNİN (ƏZRAYIL) ÜZÜNƏ SİLLƏ VURMASI
Cənab seyid Əbdülhəyyin bu növ yalan-palan sözləri nəql edən Əbu
Hüreyrəni müdafiə etməyə qalxması, Buxari və Müslim ki, fikr etmədən xurafatı
nəql etməsi və möhtərəm ağaların da haqqında ğuluv etdikləri Səhihlərinin güman
etdikləri kimi olmadığını yəqin etmələri üçün daha gülünc bir hədisi nəzərinizə
çatdırıram:
Buxari «Səhih» kitabının I cildinin 158-ci səhifəsində cənazə bablarından olan
«Mən Əhəbbəd-Dəfnə fil-Ərzil-Müqəddəsəti min əbvbabil-cənaiz», «Səhih»in II
cildinin 163-cü səhifəsində isə «Vəfati-Musa» babında və Müsli də «Səhih»İnin II
cildinin 309-cu səhifəsində, «Fəzaili-Musa» babında Əbu Hüreyrədən hədis nəql
etmişlər: «Ölüm mələyi həzrət Musanın yanına gələrək «Rəbin dəvətini qəbul et»
dedi, Musa ölüm mələyinin gözünə bir zərbə vuraraq, onun gözünü çıxartdı. Mələk
qayıdıb, Rəbbinə belə dedi: «Məni, ölmək istəməyən bir quluna doğru göndərdin, o
da vurub, gözümü çıxartdı». Allah-təala mələyin gözünü özünə qaytarıb belə
buyurdu: «Yenidən qulumun yanına get və de ki, dünya həyatını istəyirsən?! Bu
halda əlini öküzün belinə qoy, əlinə nə qədər tük çıxarsa hər bir tükün sayı üçün bir
il yaşayacaqsan».
İmam Əhməd ibn Hənbəl Müsnədinin II cildinin 315-ci səhifəsində,
Məhəmməd ibn Cərir Təbəri də öz «Tarixi»nin I cildində həzrət Musanın (ə)
vəfatını zikr edərkən, həmin hədisi az bir fərqlə nəql etmişdir. O da bu şəkildə:
«Həzrət Musa (ə) zamanında Mələkul-Movt (Əzrayıl) bəndələrin ruhunu almaq
üçün açıq bir şəkildə gəlirdi, amma həzrət Musa (ə) üzünə zərbə vuraraq gözünü
kor etdiyi andan etibarən, məxluqatın ruhunu almaq üçün gizli bir şəkildə gəlir».
Çünki cahil insanların sağlam gözünü də kor etmələrindən qorxur! (məclisdə
olanların çoxu qəh-qəhə ilə güldülər).
İndi siz ağalardan insafla hökm verməyiniz istəyirəm. Görəsən, sizin də
özünüzü saxlaya bilməyib güldüyünüz bu rəvayət uydurma və xurafat deyilmi?
104
Mən belə uydurma və xurafat hədisi düşünmədən qələmə alan yazıçı və ravilərə
heyrət edirəm.