duyduğunuz işləri) Onlardan öyrənin, heç vaxt yolunuzu azmazsınız. Biri Allahın kitabı, digər isə, itrətim olan Əhli-beytidir». Hafiz: «Düzəliş verməyə çalışdığınız, sadəcə bu hədis deyildir, dua
kitablarınızdakı bütün dualarınızda şirk və küfr əlamətləri gözə çarpır. Məsələn,
Allaha diqqət etmədən, imamlardan hacətləriniz tələb edirsiniz, bu isə, şirkin ən
böyük dəlilidir».
Dəvətçi: «Cənabalinin keçmiş ata-babalarının sözlərinə uyaraq belə əsassız
sözlər söyləməsi həqiqətdə insafsızlıqdır. Ya nə buyurduğunuz fərqində deyilsiniz
və ya şirkin mənasına diqqət etmədən danışırsınız. Həqiqətin ortaya çıxması üçün
ilk öncə şirk və müşrikin mənasını açıqlamağınızı rica edirəm».