109
Zatidə olan şirk, üluhiyyət, zat və Allahın vəhdaniyyəti mərtəbəsində Allaha
şərik qoşmaq, bunu etiraf etmək deməkdir. Bütpərəstlər, (atəşpərəst) nur və zülmət
(qaranlıq), Yezdan (Allah) və Əhrimən (pislik İlahı) kimi iki əsl və məbdəyə
(başlanğıca) inanan məcusilər buna gözəl misaldır.
Yenə xristianlar ata, oğul və Ruhul-Qüds bilməklə Allahın zatını üç qismə
ayırmışlar. Onlardan bəziləri Ruhul-Qüds Məryəm (ə.s) olduğunu söyləyirlər. Bu
üçünün hər birinin ayrı-ayrı xüsusiyyətləri olduğuna inanırlar; «Bu üçün bir araya
gəlməzlərsə, Allahın zatı da aşkarlaşmaz» deyirlər. Bu səbəbdən, Allah-təala da
onların bu əqidəsini «Maidə» surəsinin 73-cü ayəsində bildirmiş və onu yalan
saymışdır:
«
Allah, üçlüyün üçüncüsüdür» deyənlər [də], əlbəttə, kafir oldular.
Dostları ilə paylaş: