Bax bunlar bir qrup misallardır. Onları insanlara göstərib, bildirərik, ancaq elm sahiblərindən başqaları bunları anlamaz. Allahın sifətlərinin Onun zatından ayrı olmadığını daha yaxşı anlaya bilmək
üçün misallar, mövzunun daha aydın anlaşılmasını təmin edir. Allah yəni «Alim»,
«Həyy», «Qadir», «Hakim»… deməkdir.
3. Fellərdə (əməllərdə) şirk: Həqiqət və mənada Allahı bir bilməmək, fellərdəki şirkdir. Yəni məxluqatdan
birini və ya bir neçəsini İlahi fellərdə müəssir, ya da müəssirin bir cüzi, ya da işləri
yaradılmışdan sonra insanlara təfviz edilmiş olaraq bilmək şirkdir. Yəhudilər belə
bir inanca sahibdirlər. Onlar deyirlər: «Allah məxluqatı yaratdı. Sonra da işləri
məxluqatın ixtiyarına verib, özü kənara çəkildi».
111
Çünki «Maidə» surəsinin 64-cü ayəsində yəhudilər belə pislənilir:
«yəhudilər, «Allahın əli bağlıdır» dedilər. Onların öz əlləri bağlansın!