Yenidən mövzumuza qayıtsaq, yaxşı olar. Şirkin ikinci qismi gizli şirkdir. Bu
şirk əməllərdə, ibadət və itaətlərdə riya olaraq özünü göstərir. Bu şirklə, aşkar
şirkin qisimlərindən olan ibadətdə olan şirkin fərqi budur: İbadət şirki Allaha ortaq
qoşaraq, o ortağa da ibadət etməkdir. Məsələn, namaz qılarkən əgər Şeytanın
aldatmasıyla, vilayət məqamı və ya bir mürşid nəzərə alınırsa, bu əməl batil və
bilavasitə şirkdir.
İbadət edərkən Allahın zatından başqa heç bir şey insanın zehninə və fikrinə
gəlməməlidir. Yoxsa, açıq şirk qisminə daxil olar.
Rəsulallahın (s) belə buyurduğu nəql edilir:
«Allah-təala buyurur ki, kim saleh bir əməl edərək Məndən başqasını onda