118
çəkmədən insanlardan yardım istədiyi zaman müşrik olurmu?! Zalım, bir nəfərə
zülm edəndə, o məzlum da bir məmurun yanına gedib, «Bu zalımın əlindən məni
qurtar» dediyi halda müşrik olurmu?!
Əgər oğru, birinin evinə girərək o ev sahibinin can, mal və ya namusuna zərər
vermək istərsə və ev sahibi də dama çıxıb qonşularını köməyə çağıraraq, «Bizi
xilas edin» deyərsə, o adam müşrik olurmu?!
Cavab birmənalı şəkildə «xeyr»dir. Ağılı olan heç bir insan onlara müşrik
deməz. Əgər müşrik deyərlərsə ya cahil, ya da qərəzli insanlardır!
Möhtərəm ağalar, ifrata getməyin. Şiələr Ali-Məhəmmədə (ə) Allah deyən və
ya Ali-Məhəmmədi (ə) zatidə, sifətdə və ya fellərdə Allaha şərik qoşanları müşrik
bilirlər.
Şiələr çətin anlarda «Ya Əli (ə)», «Ya Hüseyn (ə)» deyirlərsə, bunun mənası
«Ey Allah olan Əli», «Ey Allah olan Hüseyn» deyildir. Əksinə dünya, səbəblər
dünyası olduğu və Allah-təala da işləri səbəblərlə etdiyi üçün Ali-Məhəmmədi (ə)
də qurtuluş, səbəb və vəsilələri etmişdir. Onların vəsiləsiylə Allaha yönəlirlər».
Hafiz: «Nə üçün Allaha arxalanıb istəklərini Ondan istəmirlər? Nə üçün
səbəb və vəsilələrin arxasınca gedirlər?»
Dəvətçi: «İstəklərimizin həyata keçməsi və dərdlərimizin aradan getməsi
mövzusunda Allaha olan diqqətimiz yerindədir. Ancaq səmavi bir sənəd olan
Qurani-kərim vəsiləylə Allaha yönəlməmizi və vəsiləylə Onun dərgahına
getməmizi özü əmr edir. «Maidə» surəsinin 35-ci ayəsində belə buyurur:
«
Ey insanlar, Allahdan qorxub çəkinin və (sizi) Ona (yaxınlaşdıracaq)
vəsilə axtarın».
Dostları ilə paylaş: