120
Hafiz: «Bu hədisə mütəvatir və sənədi səhih deməklə, bəlkə də xəta edirsiniz.
Çünki bu, alimlərimizin yanında məlum deyildir. Böyük şeyximiz sünnət və
camaatın Qiblə və Kəbəsi Məhəmməd ibn İsmail Buxari Qurandan sonra ən səhih
olan öz mötəbər «Səhihi-Buxari» kitabında bu hədisi nəql etməmişdir».
Dəvətçi: «Xəta etdiyimi düşünürsünüz. Əksinə, bu hədisin mötəbər olduğunu
alimləriniz qəti şəkildə qəbul edirlər. Hətta İbn Həzər Məkki kimi çox etiraf
etmişdir. Şübhənizin aradan getməsi üçün «Savaiqul-Muhriqə» kitabının II fəslinin
sonunda – 89 və 90-cı səhifələrində, 11-ci babdakı 4-cü ayənin aşağısında Tirmizi,
Əhməd ibn Hənbəl, Təbərani və Müslimdən hədislər nəql etdikdən sonra belə
deyir: «Bil ki, Səqəleynə (Quran və Əhli-beyt (ə) bağlanmaq hədisi bir çox yollarla
20-dən çox səhabədən nəql edilmişdir».
Daha sonra belə deyir: «Bəziləri Rəsulallahın (s) bu hədisi vida Həccində –
Ərafatda ikən, bəziləri Mədinədə ölüm yatağında otağı səhabələrlə dolu olduğu
zaman, bəziləri Qədiri-Xumda, bəziləri də Taifdən döndükdən sonra buyurduğu
mövzusunda ixtilaf etmişlər».
Daha sonra öz nəzərini belə açıqlayır: «Bu ixtilafların arasında hər hansı bir
ziddiyyət yoxdur. Rəsulallahın (s) adı çəkilən bütün yerlərdə Quranın və Əhli-
beytin əzəmətini isbat etmək üçün bu hədisi dəfələrlə buyurmasında bir maneə
yoxdur».
Dostları ilə paylaş: