Китабын ады


BUXARİ VƏ MÜSLİM UYDURMAÇI VƏ YALANÇILARDAN



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə124/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   120   121   122   123   124   125   126   127   ...   314
2 5290018709182616340

BUXARİ VƏ MÜSLİM UYDURMAÇI VƏ YALANÇILARDAN 
HƏDİS NƏQL ETMİŞLƏR 
 
Mən nə söylədim ki, bu qədər qəzəbləndiniz? Sadəcə «Səhihlər, hətta «Səhihi-
Müslim» və «Səhihi-Buxari»də yalançılardan hədislər nəql edilmişdir» dedi.  
«Səhihi-Buxari»dəki  hədisləri  «Rical»  kitablarına  nəzər  yetirib  diqqətlə 
araşdırsanız,  bir  çox  yalançı  və  uydurmaçı  insanlardan  hədislər  nəql  etmiş 
olduqlarını  görərsiniz.  Məsələn,  çox  yalançı  Əbu  Hüreyrə,  xaricilərdən  olan 
Əkrəmə  Məhəmməd  ibn  Əbd  Səmərqəndi,  Məhəmməd  ibn  Bəyan,  İbrahim  ibn 
Məhdi Əbəlli, Bənus ibn Əhməd Vasidi, Məhəmməd ibn Xalid Həbli, Əhməd ibn 
Məhəmməd Yəmani, Əbdullah ibn Vaqid Hərrani, Əbu Davud Süleyman ibn Əmr 
Kəzzab və İmran ibn Xəttan kimi bir çoxları mərdud ravilərdən hədis nəql etmişlər. 
Onların  hamısının  adlarını  saymağa  nə  məclisin  vaxtı  çatar,  nə  də  mənim 
hafizəmin  imkanı  var.  Rical kitablarına baxsanız, söylədiyim  həqiqəti daha  yaxşı 
anlayarsınız.  
Buxari sizin güman etdiyiniz kimi o qədər çox ehtiyatlı və diqqətli bir şəxs də 
deyildi. O, ravilərin sadəcə xarici görüşünə baxırdı. Sizin sözünüzlə yaxşı bir şəxs 
idi, görünüşü yaxşı olan hər kəsdən hədis nəql etmişdir. Bu iddiamızı rical kitabları 
yaxan alimləriniz də təsdiq edirlər.  
Onların  bəzilərinin  adlarını  əvvəldə  söylədim.  Bu  alimlər  uydurma  hədisləri 
müəyyən  etmiş,  Müslim  və  Buxarinin  hədis  nəql  etdiyi  raviləri  diqqətlə 
araşdırmışlar. Onlar bu işi, bu gün bizlər və sizlər də bunlardan xəbərdar olsunlar 
deyə etmişlər. Diqqətli, dəqiq və ehtiyatlı bir alimin, etimad edilməyən yalançı və 
uydurmaçı  ravilərdən  gülünc  hədislər  nəql  edərək,  elm  əhlinin  rüsvay  etməsinə 
səbəb olmaq, dəqiq bir alimdən heç gözlənilə bilərmi? 


 
123 
Kəlimullah  həzrət  Musanın  (ə)  Əzrayıla  bir  zərbə  vurub,  onu  kor  etməsi, 
ayaqyalın və övrəti açıq halda bəni-İsrailin qarşısına çıxması (bunları əvvəlcədən 
söyləmişdim) görəsən xurafat və uydurma deyilmi?! 
Görəsən,  Allahın  Qiyamətdə  ayağı  yaralı  şəkildə  ayağını  göstərməsi  küfr 
deyilmi?!  Buxari  bunları  «Shih»ində  nəql  etmiş  və  biz  də,  əvvəldə  onlardan 
bəzilərini bildirmişdik.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin