128
Əgər əhli-sünnət camaatının rəhbərlərindən biri olan imam Şafeinin bu aydın
şerinə diqqət etsəniz görəcəksiniz ki, Əhli-beyt (ə) gəmisinə minmək və onlara
bağlanmaq qurtuluşun səbəblərindən olduğunu aşkar iqrar edir. Çünki 73 firqəyə
bölünən ümmətdən yalnız Ali-Məhəmmədə (ə) bağlananların firqəsi nicat tapacaq.
Demək ki, şiələr Rəsulallahın (s) əmrinə təslim olaraq, Əhli-beytə (ə) təvəssül
edib, Allaha yönəlirlər.
Ağlıma daha bir şey gəldi. Deyirsiniz ki, insanın vasitə və vəsiləyə ehtiyacı
yoxdur. Vəsiləylə Allaha yalvarıb yardım istəmək, yanlış bir iş hesab olunur, sizə
görə bu cür insanlar müşrik olur. Əgər dediyiniz kimidirsə, nə üçün Ömər ibn
Xəttab ehtiyac duyduğu vaxtlarda və zəruri hallarda vasitəylə Allaha yönəlib
yardım istəyirdi?».
Dostları ilə paylaş: