Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə136/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   132   133   134   135   136   137   138   139   ...   314
2 5290018709182616340

ŞƏHİDİ-SANİNİN
1
 SAYDA QAZISI TƏRƏFİNDƏN ŞƏHADƏTƏ 
ÇATMASI 
 
Şiənin alimlərindən və iftixarlarından bir digəri, hicri X əsrdə  yaşayan Şeyx 
Zeynuddin  ibn  Nuruddin  Əli  ibn  Əhməd  Amilidir.  O,  elmdə,  fəzilətdə,  zöhddə, 
təqvada, dost və düşmənin yanında böyük bir şöhrətə sahibdir. Gecəsini gündüzünə 
qataraq xalqdan uzaqlaşıb dəyərli kitablar yazmışdır. Öz əl yazısıyla müxtəlif elm 
sahələrində 200-dən çox əsəri vardır.  
Xalqdan uzaqlaşmasına baxmayaraq, o dövrün alimləri onunla bir müstəvidə 
dayana bilməmiş və xalq ona tərəf yönəldiyi üçün həsət etmişlər. Xüsusilə, böyük 
qazi  olan  Sayda  Osmanlı  padşahlarından  olan  Sultan  Səlimə  onun  haqqında  belə 
bir məktub yazmışdır: «Şam bölgəsində dörd məzhəbdən birinə mənsub olmayan 
bir bidətçi ortaya çıxmışdır». 
Sultan  Səlim  bu  fəqih  alimi  məhkəməyə  çəkmək  üçün  İstanbula 
göndərilməsini  əmr  edir.  Məscidul-Həramda  onu  tutub,  40  gün  Məkkədə  həbs 
etdilər.  Sonra dəniz yoluyla  İstanbula göndərdilər.  Məhkəməyə  aparıb  mühakimə 
etmədən  sahildə  mübarək  başını  bədənindən  ayıraraq,  bədənini  dənizə  atdılar  və 
başını da sultana apardılar. 
Möhtərəm  ağalar,  indi  Allah  rizasına  insafla  deyin  və  ədalətlə  hökm  verin. 
Tarix  boyu  bir  nəfər  sünni  alimin,  hətta  bir  alim  olmayan  sünninin  Cəfəri 
məzhəbinə  mənsub  deyil  deyə,  şiə  alimləri  tərəfindən  bu  cür  pis  və  çirkin  bir 
şəkildə öldürüldüyünü oxuyub və ya eşitmisinizmi? Allah eşqinə söyləyin, «Dörd 
məzhəbdən birinə mənsub deyil» sözü günah və qəbahətdirmi? Hansı dəlilə görə, 
dörd məzhəbdən (Hənəfi, Maliki, Şafei və Hənbəli) birinə mənsub olmayan bir kəs 
kafirdir  və  qətli  də  vacibdir?  Görəsən,  hansı  dəlilə  görə  sonradan  rəsmiyyət 
qazanmış  olan  bir  qrup  məzhəblərə  itaət  etmək  vacib,  amma  Rəsuli-əkrəmin  (s) 
zamanından etibarən mövcud olan bir məzhəbin arxasınca getmək küfr və ona itaət 
edənlərin qanının tökülməsi isə lazımdır? 
 
                                                 
1
 İkinci şəhid. 


 
136 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin