Китабын ады


XAN XƏYVƏNİN İRANA HÜCUMLARI VƏ ƏHLİ-SÜNNƏT



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə140/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   136   137   138   139   140   141   142   143   ...   314
2 5290018709182616340

 
XAN XƏYVƏNİN İRANA HÜCUMLARI VƏ ƏHLİ-SÜNNƏT 
ALİMLƏRİNİN ŞİƏLƏRİN QƏTL VƏ MALLARININ 
TALANMASI ÜÇÜN VERDİKLƏRİ FİTVALAR 
 
Dəvətçi: «Xeyr, elə deyil! Bu qətillər, talan və namuslara təcavüz əhli-sünnət 
alimlərinin  fitva  və  hökmləriylə  olmuşdur.  Məsələn,  Qacar  şahlarından  olan 
Nəsirəddin  şahın  səltənətinin  ilk  illərində  və  onun  vəziri  Mirzə  Təqi  Xan  Əmir 
Nizamın  zamanında  İran  ordusunun  Xorasan  hadisəsi  və  Salar  fitnəsi  ilə  məşğul 
ikən,  Xarəzmin  əmiri  olan  Özbəkli  Xan  Xəyvə  (Xarəzm)  deyə  məşhur  olan 
Məhəmməd  Əmin  xan  bunu  fürsət  bilərək,  böyük bir orduyla  Xorasan və  Mərvə 
hücum etdi. Dəhşətli qətl və talandan sonra şəhərləri viran edib bir çox insanı da 
əsir apardı.  
Salar  hadisəsi  sona  çatdıqdan  sonra  dövlət  Xəyvə  xanın  nə  cür 
cəzalandırılması haqda plan hazırlamağa başladı.  Tədbirli bir insan olan  mərhum 
Əmir  Nizam  onu  cəhd  etmək  üçün  fəaliyyət  göstərdi.  Bu  səbəbdən  sarayın 
məsullarından hidayət adıyla tanınan mərhum Riza Qulu Xan Hezar Cəribi (Lillah 
Başi) Xan Xəyvənin yanına elçi göndərdi. Bu elçiliyin incəliklərini deməyə ehtiyac 
olmadığı üçün üstündən ötürəm. Ancaq Xan Xəyvə ilə mərhum Hidayətin arasında 
olan  bu  söhbəti  işin  içində  siyasi  məsələlərin  olmadığı,  əksinə  alimlərin  fitva  və 
hökmləriylə baş verdiyini isbatladığı üçün bildirəcəyəm.  
Mərhum Hidayət, Xan Xəyvəylə görüşdükdə, söhbət əsnasında ona belə dedi: 
«Bu  çox  maraqlıdır  ki,  iranlılar  Rum,  Rusiya,  Hindistan  və  Avropa  ölkələrinə 
getdikdə, orada onlar əmniyyətdə qalır və sağ-salamat geri dönürlər. Amma sizin 


 
139 
bölgəyə  gəldikdə,  tərəfdarlarınız  onları  qətlə  yetirir,  mallarını  talan  edərək,  əsir 
alırlar.  Kafirlər  kimi  təhqir  edərək  satırlar.  Halbuki,  Hamısı  müsəlman,  qiblələri 
bir, kitabları bir, bir Peyğəmbərin (s) ümməti və bir Allaha inanırlar. Axı niyə belə 
edirlər?». 
Xan Xeyvə cavabında belə dedi: «Siyasi baxımdan bizim sizinlə hər hansı bir 
çətinliyimiz yoxdur. Amma məzhəbi baxımdan Buxara və Xarəzmin alim, müfti və 
qaziləri  şiələri  kafir,  rafizi  və  bidət  əhli  bildiklərinə  görə,  onların  cəzasını  qətlə 
yetirmək,  talan  etmək  və  kafirlər  kimi  əsir  alınmasının  vacib  olduğunu 
söyləyirlər». 
Bu hadisə Riza Qulu xan Hidayətin yazdığı «Rovzatus-Sfayi Nasiri və Səfarət 
Namei  Zərəzm»  adlı  tarix  kitabında  geniş  şəkildə  bildirilmişdir.  Kitab  Tehranda 
nəşr olunmuşdur.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin