Əfqanıstandakı əhli-sünnət camaatının, xüsusilə Əmir Dost Məhəmməd Xan,
Kohəndil Xan, Şah Şüca Malik Əbdülmömin xan, Əmir Əbdürrəhman xan və Əmir
Həbibullah xan kimi dövrünün əmirləri Kabul, Qandəhar, Herat və bu şəhərlər
ətrafında sakin olan şiə xalqını, onların alimlərini, hətta uşaqlarını necə də
vəhşicəsinə qətlə yetirmişlər. Bunları bir-bir anlatsam, həqiqətən, dəhşətə
gələrsiniz. Özünüz də, tarix boyu edilən cinayətlərin nə dərəcədə olduğunu
bilirsiniz. Hindistanda, xüsusilə də Pəncabdakı qeyrətli Qızılbaşlar, əfqanlıların
etdikləri zülmün aşkar bir nümunəsidir. Onlar edilən zülmlərə görə öz vətənlərini
tərk etmək məcburiyyətində qalıb, Pəncaba qaçmış və orada yerləşmişlər.
Tarixçilər bu hadisələrin hamısını yazmış, bu haqda hökm çıxartmağı gələcək
nəsillər ixtiyarına buraxmışdılar.
Qəlb yandıran dəhşətli hadisələrdən digəri, hicri-qəməri 1267-ci ilin Aşura
günündə, Qəndəhar şiələrinin Rəsulallahın (s) Əhli-beyti (ə) və onun böyük nəvəsi
üçün matəm tutduqları zaman baş verən hadisədir. O gün şiələr bir yerə toplaşaraq,
Aşura mərasimini yerinə yetirirdilər. Bu an təəssübkeş sünnilər müxtəlif silahlarla
xalqın toplandığı İmambarəyə hücum edərək, bir çox müdafiəsiz şiəni, hətta kiçik
uşaqları faciəli bir şəkildə qətlə yetirib, mallarını taladılar.
Şiələr illər boyunca təhqil olunaraq, həqarət içində yaşamış və sərbəst şəkildə
inanclarına əməl edə bilməmişlər. Aşura günləri belə iki-üç nəfər ancaq
zirzəmilərdə bir yerə toplaşıb, Rəsulallahın (s) reyhanəsi (ə) və Kərbəla hadisəsinin
məzlumları üçün yas tuta bilmişlər.