Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə145/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   141   142   143   144   145   146   147   148   ...   314
2 5290018709182616340

Zalımın biri Nurullahı
3
 söndürdü. 
Peyğəmbərin göz nurunun başını kəsdi. 
                                                 
1
  Amma  təəssüflər  olsun  ki,  sonda  əcnəbilərin  təhrikləri  təsirli  oldu;  daxili  çaxnaşmalar  salaraq,  müsəlmanların 
birliyini təmin etmək istəyən bu insanı səltənətdən uzaqlaşdırdılar.  
2
 İkinci şəhid. 
3
 Allahın nuru. 


 
142 
Əlinin zamin olduğu insanın qətl olunduğu il; 
1019-cu ildə Seyid Nurullah şəhid oldu. 
 
Hafiz: «Haqsız yerə bizi günahlandırırsınız. Cahillərin və avamların etdikləri 
ifrat  hərəkətlər  məni  də  çox  narahat  edir.  Amma  şiələrin  əməlləri  onları  bu  cür 
iyrənc əməllər etməyə təhrik edir». 
Dəvətçi: «Şiələrin hansı əməli onları öldürməyə, qorxutmağa, talan etməyə və 
namuslarına toxunmağa səbəb olmuşdur, söyləyə bilərsinizmi?!». 
Hafiz:  «Hər  gün  minlərlə  insan  ölülərin  qəbirləri  qarşısında  durub,  onlardan 
yardım  istəyirlər.  Görəsən,  şiələrin  bu  davranışı  ölülərə  tapınmaq  deyilmi?  Nə 
üçün alimlər buna mane olmurlar? Milyonlarla insan o qəbirlərin önündə üzlərini 
toprağa sürtüb, səcdə edirlər. Bu andan sonra təmiz insanların əlinə bəhanə düşür, 
ifrat dərəcədə təsir göstərmələrinə səbəb olur. Təəccübləndiricisi də budur ki, siz 
bu növ əməllərə tövhid adını verib, bu kimi insanlara da müvəhhid deyirsiniz». 
(Biz  bir-birimizlə  danışdığımız  an  Hənəfi  fəqihlərindən  Şeyx  Əbdüsalam 
«Hədiyyətuz-zairin» adlı kitabı qarşısına qoyub, səhifələrini  çevirərək, oxuyurdu. 
Sanki bir anda, bu kitabdan mənə tutarlı cavab vermək istəyirdi. Şeyx birdən başını 
qaldırıb, önəmli bir dəlil əlinə keçmiş kimi, mənə doğru dönüb, həmlə edəcək tək 
belə dedi:) 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin