146
Allahım, Sənin üçün namaz qıldım, Sənin üçün rüku və səcdə etdim. Sən
şəriki olmayan bir Allahsan. Namaz, rükü və səcdə ancaq Sənə caizdir. Çünki
uca Allah Sənsən, Səndən başqa ilah yoxdur». (şəkil: 18-19)
Allah rizasına deyin. Bir ziyarətçinin Nəcəfə atdığı ilk addımdan ziyarət
namazını bitirdiyi ana qədər daima haqqı zikr etməsi, Allahın adının dilindən
düşməməsi, Allahı əzəmətlə yad etməsi və həzrət Əlini (ə) Allahın saleh bir qulu,
Rəsulallahın (s) qardaşı və varisi olduğunu söyləməsi və bunu etiraf etməsi
şirkdiri?
Əgər namaz qılmaq və Allahın vəhdaniyyətinə şəhadət etmək şirkdirsə,
zəhmət olmasa, mənə tövhidin nə olduğunu öyrədin. Bəlkə, Allah və Peyğəmbərin
(s) yolundan çıxıb, sizin yolunuza gəldim!».
Şeyx: «GÖrmürsünüz burada nə yazılıb? «Əvvəlcə türbənin qapısını öp, sonra
içəri daxil ol». Biz elə düşünürük ki, ziyarətçilər imamların türbələrinə gələndə
səcdə edirlər. Bu səcdə Əli üçün deyilmi? Görəsən, Allahdan başqasına səcdə
etmək şirk deyilmi?»
Dəvətçi: «Əgər mən yerinizdə olsaydım, məntiqli bir cavab aldıqdan sonra bu
məclis qurtarana qədər, hətta bizim bu bəhs məclislərimiz tam qurtarana qədər,
əsla, danışmazdım, susardım. Amma siz yenə də elə danışırsınız ki, eşidəni
gülməyə məcbur edir (Məclisdəkilərin qəh-qəhə ilə gülüşləri).
Dostları ilə paylaş: