Китабын ады


AVROPALI İLAHİYYƏTÇI ELM ADAMLARININ NƏZƏRLƏRİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə162/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   158   159   160   161   162   163   164   165   ...   314
2 5290018709182616340

AVROPALI İLAHİYYƏTÇI ELM ADAMLARININ NƏZƏRLƏRİ 
 
Sözügedən  maddəçi  Darvinin  fəlsəfəsini  oxuduqda  ilahiyyatçı  filosofların  da 
kitablarını oxuyun. Məsələn, məşhur Fransız matematiki Kamil Flamoryon illərlə 
«Nəfsitanıma» (Mərifətun-nəfs) övzusu üzərində çalışmış, Allahın vəhdaniyyətinin 


 
152 
isbatı, ruhun əzəməti və öldükdən sonra onun əbədi qalacağı haqqında bir çox kitab 
yazmışdır.  «Yaradılışda  Allah»  kimi  bəzi  kitablar  ona  məxsusdur.  «Ölüm  və 
əsrarı»  jurnalları  da  İran  və  Misir  alimləri  tərəfindən  fars  və  ərəb  dilinə  tərcümə 
olunmuşdur.  
O,  bu  əsərlərində  ölüm  mövzusunu  geniş  şəkildə  açıqlayaraq,  belə  deyir: 
«Həqiqətdə ölüm, fəna və yoxluq anlamında deyildir. Ölüm, bir aləmdən, bir başqa 
aləmə  keçid  deməkdir.  Sadəcə  olaraq,  qəlib  dəyişir.  Maddi  ünsürdən  çıxıb,  daha 
lətif bir şəklə düşməkdir. Çünki ruh (həyat mayası) heç bir zaman fəna olmaz və 
əbədi qalan bir varlıqdır.  
Ruhun bədəndən ayrı, başqa bir şey olduğu mövzusu, illər boyu aparılan uzun 
araşdırmaların  qəti  nəticəsidir.  Ruhun  mənəvi  azadlığı  vardır.  Bədən  çürüdükdən 
sonra ruh yenə də eləcə qalır». 
Avropalılar  Darvin,  Bachner  kimi  maddiçilərlə  deyil,  Bruksun  (Fransız 
filosofu),  müasir  filosof  Viqtor  Hüqo  (Fransız  alim  və  şairi),  Nermal  (Alman 
tədqiqatçısı) və Dekart (Fransız filosofu) kimi tədqiqatçı və filosoflarla – hamısının 
nəzərlərini, hətta adlarını saymaq üçün məclisin vaxtı imkan vermədiyindən deyə 
bilmirəm – iftixar edirlər.  
Birincisi, qərbin təsirində qalmış və onların ideyalarına yönələn gənclər təkcə 
Darvinin,  Bacherin  kitablarını  oxumasınlar.  Başqa  avropalı  mütəfəkkir  və 
filosofların da kitablarına nəzər yetirsinlər. 
İkincisi,  gənclər  hər  iki  qrupun  (ilahiyyatçı  və  maddiyyatçı)  nəzərlərini  və 
onlara  qarşı  irəli  sürülən  nəzərləri  də  yaxşı  oxuduqdan  sonra  ən  gözəl  və  ən 
məntiqlisini seçməlidirlər.  
Əgər məsələyə insanfla baxılsa, elmi, əqli və məntiqi yolda ilahiyyatçıların və 
maddəçilərin  nəzərləri  araşdırılarsa,  əmin  ola  bilərsiz  ki,  yalnız  bu  nəticə  əldə 
olunacaq:  İnsanın  bədəni  xilqət  aləminin  yaradılmış  ünsürlərindən  olduğu  üçün 
fani və yox olub gedir. Amma ruh başqa bir aləmə aid olduğu üçün yaşayır və heç 
bir  zaman  ölmür.  Səmavi  kitablar  və  Rəhmani  təlimlər  hökmünə  görə,  xüsusən 
şəhidlər,  tövhid  və  haqq  yolunda  ölənlər  ruhani  həyatla  bərabər,  cismani  şəkildə 


 
153 
yaşama,  eşitmə  və  görmə  imkanına  sahibdirlər.  Çünki  Seyyidüş-üühəda  imam 
Hüseynin (ə) ziyartnaməsində belə bir cümlə yer almışdır: 
«Mən  şəhadət  edirəm  ki,  şübhəsiz  sən,  sözlərimi  eşidir  və  cavabımı 
verirsən». 
«Nəhcül-bəlaqə»nin  83-xütbəsini  oxumadınızmı?  Orada  həzrət  Əli  (ə) 
Rəsulallahın  (s)  pak  itrətini  (Əhli-beytini  (ə))  ümmətə  tanıdarkən,  belə  buyurur: 
«Ey  insanlar!  Xatəmul-Ənbiyanın  (s)  bu  sözünü  unutmayın  (yəni  Rəsulallah 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin