Ali-Məhəmməd əsirlərinin karvanı göründükdə, Bir qarğa ucadan qarıldamağa başladı. Dedim ki, ey qarğa 1 qarıldasan da, qarıldamasan da, Mən Peyğəmbərdən borcumu aldım. O bunu demək istəyirdi: «Ühüddə, Bədirdə və Hüneyndə öldürülən əmim və
qohumlarımın intiqamını Peyğəmbərin övladlarını öldürməklə aldım».
Yezidin küfrünə dəlalət edən dəlillərdən digəri də, həzrət Peyğəmbərin (s)
övladını (ə) şəhid etdikdən sonra şənliklər təşkil etməsi və Əbdullah ibn Zəbəriyə
aid olan küfr şerlərini oxumasıdır. Səbt ibn Covzi, Əbu Reyhani Biruni və başqa bu
kimi alimlər bu şerləri qeyd etmişlər. Yezid bu şerlərdə müşrik və kafir olan və
böyük Bədir döyüşündə Allah v Rəsulun (s) əmriylə öldürülən atalarının
dirilməsini arzu edir. Şerin 2-ci və 5-ci beyitlərini Yezid özünə həsr etmişdir. O, bu
şeri müsəlman, yəhudi və xristianların yanında oxumuşdur. O şer budur: