Китабын ады


ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN MƏLUN YEZİDƏ LƏNƏTİ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə170/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   166   167   168   169   170   171   172   173   ...   314
2 5290018709182616340

ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN MƏLUN YEZİDƏ LƏNƏTİ 
CAİZ BİLMƏLƏRİ 
 
Bir çox alimləriniz o məlun zındığı kafir bilmişlər. Hətta Əhməd ibn Hənbəd 
(Hənbəlilərin  imamı)  və  bir  çox  böyük  alimləriniz  Yezidə  lənət  oxunmasını  caiz 
bilmişlər.  Xüsusilə  Əbdürrəhman  Əbul-Fərəc  ibn  Covzi  bu  mövzuda  «Ər-Rəddu 
ələl-mütəəssibil-ənid  əl-maniu  ən  ləni  Yezid  lənətullah»  adlı  kitab  yazmışdır. 
Əbul-Əla əl-Müərra isə, bu şeri söyləmişdir: 
 
Zamaneın, davamlı olaraq tövhid və tövhid əhlinin 
əleyhinə şeytani planlar cızdığını görürəm.  
Mənim təəccübüm getdikcə, durmadan artır.  
Görəsən, Qureyşiniz, başda Yezid xəlifəniz olmaqla 
Həzrət Hüseyni şəhid etmədimi?! 
 
Amma Ğəzali kimi bir qrup təəssübkeş alimləriniz isə Yezidin tərəfdarı olub, 
o  məlunun  etdiklərini  təmizə  çıxarmaq  üçün  məntiqsiz  və  gülünc  üzrlər 
qondarmışlar.  Halbuki,  alimlərinizin  çoxu  Yezidin  zalımanə  və  küfr  dolu 
əməllərini  təfərrüatıyla  yazmışlar.  Çünki  Dəmiri  «Həyatül-Həyavan»  və  Məsudi 
«Mürəvvicuz-zəhəb»  kitabında  belə  yazırlar:  «Yezidin  çox  sayda  meymunu  var 
idi.  Onlara  ipəkdən  paltar  geydirərək  boyunlarına  qızıl  boyunbağı  taxıb,  onları 
ağların üzərinə mindirərdi. Bundan əlavə, boyunlarına qızıl zəncir taxılmış bir çox 
iti  var  idi.  Onlara  öz  əliylə  tumar  çəkib,  qızıl  qablarda  su  verər,  artığını  isə  özü 
içərdi. Çox spirtli içkilər içdiyindən, daima məst və sərxoş idi». 


 
159 
Məsudi  «Murəvvicuz-zəhəb»  kitabının  II  cildində  belə  yazır:  «Yezidin  yolu 
(əməl  və  hərəkətləri)  Fironluq  yoluydu.  Hətta  Firon  idarəçilikdə  ondan  daha  adil 
idi.  Onun  səltənəti  İslam  üçün  böyük  bir  utandırıcı  nöqsan  qaynağı  oldu.  Şərab 
içməsi,  həzrət  Peyğəmbərin  oğlunu  şəhid  etməsi,  O  həzrətin  vəsisinə  (Əli  ibn 
Talibə)  lənət  oxuması,  Kəbəni  talan  etməsi  və  bir  çox  insanların  qanını  tökməsi, 
xüsusilə Mədinə camaatını qətlə yetirməsi – sayısız-hesabsız iyrənc əməlləri onun 
bağışlanmayacağını göstərir». 
Nəvvab:  «Sizdən  rica  edirik  ki,  Mədinə  əhalisini  Yezidin  əmriylə  qətlə 
yetirilməsinin nə cür baş verdiyini olduğu kimi bəyan edəsiniz». 
Dəvətçi:  «Tarixçilər,  xüsusilə  Səbt  ibn  Covzi  «Təzkirə»  kitabının  63-cü 
səhifəsində belə yazır: «Hicrətin 62-ci ilində Mədinə əhalisindən bir qrup Şama 
gələrək,  Yezidin  çirkin  əməl  və  küfriyyatını  gördükdə,  Mədinəyə  döndülər. 
Beyətlərini  pozub,  açıq-aşkar  ona  lənət  oxudular.  Yezidin  Mədinədəki  valisi 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin