qorxudar. Allahın, mələklərinin və bütün insanların lənəti olsun belə bir zalım
insana. Qiyamət günü Allah-təala bu cür əməl sahibinin heç bir əməlini qəbul
etməz».
161
Yenə başqa bir hədisdə belə buyurmuşdur:
«Mənim şəhərimi (Mədinə əhalisini) qorxudana Allah lənət etsin».
Mədinədə baş verən bu faciə, müsəlmanların kütləvi qətli, namuslara təcavüz
və malların talan edilməsi Mədinə əhalisinin qorxmasına səbəb olmamışdırmı?
Əgər bunu qəbul edirsinizsə, bilik ki, Allah, Peyğəmbəri (s), mələkləri və bütün
insanlar o alçaq insana lənət etmiş və Qiyamətə qədər də lənət edəcəklər.
Alimlərinizin çoxu Yezidə lənət etmiş, ona lənəti caiz bilmiş və bu mövzuda
kitablar da yazmışlar. Məsələn: Əllamə Əbdullah ibn Məhəmməd ibn Amir
Şəbravi Şafei «əl-İthaf bi hubbil-əşraf» adlı kitabının 20-ci səhifəsində Yezidə
lənət etmə mövzusunda bunu nəql edir: «Molla Səd Təftazaninin yanında Yezidin
adını söylədikdə, o, belə dedi: «Allahın lənəti olsun ona, əshabına və
yardımçılarına».
Əllamə Səmhudi «Cəvahirul-əqdəyn»dən belə nəql edir: «Alimlər həzrət
Hüseyni (r.z) qətl edənə, onu öldürməyə əmr, ya da izn verənlərə və ya onun
qətlinə razı olanlara lənət etməyin caiz olduğu mövzusunda ittifaq etmişlər».
Yenə İbn Covzi, Əbu Yəla və Əhməd ibn Hənbəldən Quran və hədislər
baxımından Yezidin lənətlik olduğunu isbat edən dəlillər gətirdiklərini nəql edir.
Məclisin vaxtı onları burada bildirməyə imkan vermir.
Əgər vaxt keçməsəydi, bu mövzu üzərində daha çox durardıq. Bu söylədiyim
müqəddimədən anlayın ki, imam Hüseynin (ə) İslam və müsəlmanların üzərində
böyük bir haqqı vardır. Çünki O, məzlumiyyət gücüylə belə bir zalımlığın və
zalımın kökünü qazıdı. Özü və Əhli-beytinin qanıyla bəni-Üməyyənin, xüsusilə də
məlun Yezidin zülmüylə qurumaqda olan «La ilahə illallah» ağacını öz qanıyla
sulayıb, İslam və tövhidə yenidən həyat qazandırmışdır.
Təəssüfləndirici şey budur ki, siz İmam Hüseynin (ə) xidmətlərini təqdir
etmək əvəzinə, Onun ziyarətinə gedənlərə etiraz edir, qınayır və onlara başqa
nisbətlər verib, yaraşmayan adlar qoyursuz. Hər il milyonlarla insanın ima
Hüseynin (ə) ziyarətinə getdiyindən və matəm tutub O məzlumun qəribliyinə
ağladığına görə şikayətlənirsiz.
|