Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə173/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   169   170   171   172   173   174   175   176   ...   314
2 5290018709182616340

ADSIZ ƏSGƏR MƏZARI 
 
Qəzetlərdə,  jurnallarda  və  ya  Qərbin  bəzi  ölkələrinə  gedib-gələnlər  Paris, 
London,  Berlin,  Vaşinqton  və  başqa  bu  kimi  şəhərlərdə  «Adsız  əsgər»  deyə 
adlanan  qəbirlər  olduğunu  söyləyirlər.  Bu  qəbirlərin  üzərində  abidə  ucaldan 
xalqların  məqsədini belə  açıqlayırlar:  Bu əsgər  zalımların  zülmünə  qarşı vətənini 
qorumaq  üçün  canından  keçmişdir.  Amma  onun  bədənindən  və  paltarından  kim 
olduğu və hansı ailə və şəhərdən olduğuna  dair hər  hansı bir məlumat  və  əlamət 
yoxdur.  
O, əsgər hər nə qədər adsız və kimliyi naməlum olmasına baxmayaraq, qanını 
zalımların  zülmünü dəf  etmək  yolunda  axıtdığı üçün dəyəri  vardır.  Hər  hansı bir 
dövlət adamı, baş nazir, nazir və ya dövlət məmuru o şəhərlərdən birinə səfər etsə, 
ehtiram  üçün  o  adsız  əsgərin  qəbrini  ziyarət  edər  və  məzarı  üstünə  gül  çələngi 
qoyur. Ona, milli heysiyyətlərini dünya millətləri qarşısında qorumaq üçün ehtiram 
göstərirlər.  
İndi  insaflı  ağalardan  soruşuram:  biz  müsəlmanlar  72  nəfər  bilinən,  tanınan, 
hamısı  alim,  abid  və  təqvalı,  onlardan  bəzisi  isə  Quran  qarisi  və  hafizi  olan, 
zalımların  zülmü  qarşısında  din  və  tövhidi,  İslam  və  ədaləti  müdafiə  etmək 
yolunda  canlarından  keçən  və  əksəriyyəti  də  həzrət  Peyğəmbərin  (s)  pak  Əhli-
beytindən  (ə)  olan  insanları  yad  edən  və  onları  ziyarət  edənləri  təqdir  və  təşviq 
etmək  əvəzinə,  onlara  maneçilik  törətmək,  təhqir  etmək,  təəssübkeş  alimlərin 
təhrikləriylə  onların  qəbirlərini  dağıtmaq  və  ondan  qəhvə  düzəltmək  utandırıcı 
deyilmi?! 
Hicri-qəməri  1216-cı  ilin  Qədiri-Xum  bayramı  günü  Kərbəla  əhalisinin  çox 
hissəsi  ziyarət  məqsədilə  Nəcəfi-əşrəfə  səfər  etmişdilər.  Həcdli  vəhhabilər  fürsəti 
qənimət  bilib,  Kərbəlaya  hücum  edərək  müdafiəsiz  zəif  şiələri  qətlə  yetirib, 
mallarını  talan  etdilər.  Tövhid  yolunda  can  vermiş  İslam  fədakarları  imam 
Hüseynin  (ə)  və  Onunla  birlikdə  şəhid  olanların)  müqəddəs  qəbirlərini  dağıdıb, 
yerlə-yeksan etdilər! 


 
163 
Kərbəla  əhalisindən  təxminən  5  min  nəfəri,  alim,  cahil,  zəif,  güclü,  böyük, 
kiçik bilmədən, hətta günahsız qadın və uşaqları vəhşicəsinə qətlə yetirdilər. İmam 
Hüseynin  (ə)  məqbərəsindəki  xəzinələri  talayıb  qiymətli  daşları,  antik  əşyaları 
apardılar. Hətta qəbrin üstündəki sənduqəni yandırıb, ondan qəhvə düzəltdilər. Bir 
çox  insanı  da  əsir  edib,  özləriylə  apardılar.  İnna  lillah  və  inna  ileyhi  raciun 
(Yazıqlar olsun belə bir müsəlmanlığa!) 
Dünyanın  bütün  ölkələrində  alimlərin,  sultanların,  ziyalıların,  hətta  adsız 
əsgərlərin qəbirləri belə ehtiramla yad edildiyi halda, müsəlmanların öz iftixarları 
olan  insanların  qəbirlərini  qorumaları  bir  yana,  onları  vəhşicəsinə  dağıdıb  talan 
etməkləri, həqiqətən, çox üzücüdür.  
Hətta  həzrət  Həmzə  kimi  Ühüd  şəhidlərinin  qəbirlərini,  Əbdülmüttalib  və 
Əbdullah kimi həzrət Peyğəmbərin (s) ata və babalarının qəbirlərini, imam Həsən 
Müctəba  (ə),  İmam  Zeynul-Abidin  (ə),  imam  Baqir  (ə)  və  imam  Sadiq  (ə)  kimi 
Rəsulallahın  (s)  övladları  və  İslamın  iftixarları  olan  digər  kəslərin  qəbirlərini 
Məkkə  və  Mədinədə  dağıdıb  yerlə-yeksan  edib,  sonra  da  özlərinə  «biz 
müsəlmanıq»  deyirlər!  AMma  öz  rəhbərlərinin  və  sultanlarının  qəbirlərinin 
üzərində abidələr ucaldırlar! 
Sizin  və  bizim  alimlərimiz  möminlərin  qəbirlərini  ziyarət  etmək  haqqında, 
onların  müxtəlif  hadisələrdən,  vaqiələrdən  qorunması  üçün  bir  çox  hədislər  nəql 
etmişlər.  Rəsulallah  (s)  bilavasitə  özü  möminlərin  qəbirlərini  ziyarət  edib,  onlar 
üçün  məqfiət  diləyirdi.  Buna  baxmayaraq,  bir  qrup  qara  əllər  din  adıyla  İslamın 
iftixarı olan böyük şəxsiyyətlərin qəbirlərini dağıdıb, onlardan ən kiçik bir əlamət 
belə qoyurdular. Sözün qısası, deyiləsi dərdlərimiz çoxdur.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin