165
Bunlar «Nə səbəbdən ölülərlə danışırsız?» sualınıza verdiyim qısa cavablardır,
bu mövzu daha geniş bir şəkildə açıqlana bilər.
Bir incə nöqtəni də nəzərinizə çatdırmaq istərdim. O da budur ki, şiələr
məsum imamın məqamını, digər şəhidlərin məqamından daha üstün bilirlər. Yəni
onların məqamı, digər şəhidlər kimi sadəcə diri olduqları mövzusundan başqa bir
şeydir. İmamların sadəcə diri olduqlarına deyil, daha böyük məqamlara sahib
olduqlarına inanırlar.
Hafiz: «Bu cümləniz izaha ehtiyacı olan bir müəmmaya bənzəyir. Sizin
imamınızın başqa imalardan fərqi nədir? Sizin imamlarınızın sadəcə seyid olub,
Rəsulallahın soyuna mənsub olmaqdan başqa hər hansı bir üstünlükləri yoxdur!».
Dostları ilə paylaş: