Китабын ады



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə176/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   172   173   174   175   176   177   178   179   ...   314
2 5290018709182616340

DÖRDÜNCÜ GECƏ 
HƏQİQƏTİ KƏŞF EDƏNLƏRİN MİNNƏTDARLIĞI 
 
24 Rəcəb, bazar ertəsi gecəsi, 1345-ci il (1924) 
Məğribin əvvəl vaxtı idi. Hələ məclis rəsmi olaraq başlamamışdı. Bu vaxt üç 
nəfər içəri daxil olub, oturdular, onlardan bir nəfər danışmaq üçün izn istədi.  
İzn aldıqdan sonra üzünü mənə tutub dedi: «Bu gün axşama qədər hər tərəfdə; 
evlərdə, məscidlərdə, idarələrdə və bazarda hamı sizin haqqınızda danışdı. Kimin 
əlində bir qəzet gördükdə camaat onun ətrafına toplaşaraq, bəyanlarınız haqqında 
mübahisə  edirdi.  Xalqda  sizə  qarşı  böyük  bir  rəğbətin  oyandığının  şahidi  olduq; 
hər kəsin qəlbinə nüfuz etmisiniz. Üzərimizdə çox böyük haqqınız var. Çünki elə 
şübhələri  həll  edirsiniz  ki,  ömrümüz  boyu  böyüklərimiz  bizə  onların  əksini 
öyrədiblər. Biz bir camaat olaraq şiəni müşrik bildiyimizə görə sizdən üzr istəyirik. 
Amma  nə  edək  ki,  uşaqlıqdan  bu  şəkildə  öyrədiblər.  İndi  bağışlayan  Allahdan 
ümidimiz tövbəmizi qəbul etməsidir.  
Söhbətlərinizin  jurnal  və  qəzetlərdə  nəşr  edilməsi  bu  bir  neçə  gündə 
oxucularının  bir  neçə  dəfə  sayını  artırıb.  Söhbətlər  xalqın  böyük  bir  hissəsinə 
aydınlıq gətirib. Xüsusilə məclislərdə bilavasitə iştirak etdiyimizdən sözlərinizdəki 
lətafətdən daha çox istifadə etmişik. Sizə olan rəğbətimiz daha da artıb. Xüsusilə 
dünən axşam çox gözəl bir şəkildə pərdələri aradan qaldırıb, həqiqətlərin aydınlığa 
qovuşmasını  təmin  etdiniz.  Ümid  edirik  ki,  pərdələr  qaldırılaraq  daha  çox 
həqiqətlər kəşf ediləcəkdir.  
Daha  əvvəl  də  ərz  etmişdik  ki,  bizi  ən  çox  təsirləndirən  söhbətlərinizdəki 
sadəlikdir. Mövzunu bizim öz dilimizlə o qədər sadə və anlaşılan bir şəkildə bəyan 
edirsiniz ki, oxumaq-yazmaq bilməyən xalq belə sizi anlayır. Buna görə də hər kəs 
cazibənizə qapılmış vəziyyətdədir. Bunu da nəzərə alın ki, bu cəmiyyətlə hər yüz 
nəfərdən beş nəfər belə elmi məsələlərdən xəbərdar deyildir. Onlar uşaqlıqdan bəri 
eşitdikləri hər şeyə kor-koranə inanıb, qəlbən bağlanmışlar. İndi bu insanlara gizli 
qalan həqiqətlər incəliklə öyrədilməlidir; siz də bu işi gözəl bir şəkildə bacarırsız. 
Daha mükəmməl nəticələr əldə edəcəyimizə ümid bəsləyirik». 


 
167 
Bu  qardaş  sözünü  qurtarmışdı  ki,  ağalar  məclisə  daxil  olub,  əyləşdilər. 
Hamımız bir yerdə çay içdikdən sonra söhbət başladı.  
Nəvvab:  «Dünən  axşam  qərar  oldu  ki,  bu  günki  məclisdə  imamət  mövzusu 
ətrafında danışılsın. Çoxumuz bu mühüm məsələni bilmək üçün böyük bir ehtiyac 
duyuruq.  Çünki  mövzu  bizim  üçün  anlaşılmaz  olan  məsələlərin  əslini  təşkil  edir. 
İmamət  haqqında  aramızdakı  ixtilafın  aydınlığa  qovuşması  üçün  ricamız,  sadəcə 
bu mövzu ətrafında danışmağımızdır». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin