ƏHLİ-SÜNNƏTİN DÖRD MƏZHƏBİ HAQQINDA BƏHS VƏ
HƏQİQƏTİN BƏYANI
Əhli-sünnətdən olanlar öz rəhbərlərinə imam deyirlər. Məsələn: İmam Əbu
Hənifə, ima Malik, imam Şafei, imam Əhməd. Yəni dini məsələlərdə onların
rəhbərləri olan fəqih və müctehidlər ki, halal və haramı, ictihad və qiyasla bir-
birindən ayırmışlar. Buna görə də bu şəxslərin fiqhi kitablarını oxuduqda bir çox
ixtilafın mövcud olduğunun şahidi oluruq.
Bu cür rəhbərlər bütün məzhəb və dinlərdə vardır. Sizin imam olaraq qəbul
etdiyiniz şəxslər şiədə də fəqih ünvanıyla vardırlar. Bu şəxslər 12-ci İmam həzrət
168
Mehdinin (ə) qeybəti dövründəki müddətdə kitab sünnət, ağıl və icmanı əsas
tutaraq fitvalar verirlər. Amma biz bu şəxsləri imam olaraq adlandırmırıq. Çünki
imamət sadəcə həzrət Peyğəmbərin (s) Əhli-beytindən (ə) olan 12 vəsiqəyə
məxsusdur. İctihadda sizinlə bizim aramızda bir fərq vardır; o da budur ki, sizin
böyükləriniz ictihad qapısını bağlamışlar. Hicri V əsrdə padşahların əmri və o
günkü mövcud üləma və fəqihlərin qərarıyla ictihad dörd nəfərə məxsus edilmiş və
dörd məzhəb, yəni Hənəfi, Maliki, Şafei və Hənbəli məzhəbləri rəsmi məzhəb
olaraq qəbul olunmuş; xalq da onlardan birinə təqlid etməyə məcbur edilmişdir.
Bax, bu vəziyyət günümüzə qədər davam etməkdədir.
Təqlid məqamında da bu dörd şəxsdən birinin digərlərinə udul edilməsinə dair
hər hansı bir dəlil də yoxdur. Yəni Hənəfinin Malikiyə və ya Şafeinin Hənbəliyə
hansı xüsusiyyətiylə üstün olduğu bəlli deyildir. Əgər İslam ümməti bu dörd şəxsin
fitvalarının kənarına çıxmamağa məcbur edilirsə, böyük bir durğunluq meydana
gəlir. Belə bir vəziyyətdə inkişaf və irəliləyiş heç bir şəkildə bu ümmət üçün
mümkün ola bilməz. Buna əlavə olaraq İslam dininin bir xüsusiyyəti də bütün
zamanlarda mədəniyyət istiqamətində inkişaf etməsidir. Bu inkişaf və tərəqqi hər
dövrdə İslamın ümumi əhatəsini qorumaq şərtiylə bir qrup ictihad əhlinin varlığını
çətinləşdirir.
Bir çox yeni məsələlər var ki, bu mövzularda ölmüş bir müctehidə təqlid
etmək mümkün deyildir. Bu cür vəziyyətlərdə diri bir müctehidə müraciət edib
onun fitvasına görə əməl etmək məcburiyyətindəyik.
Siz əhli-sünnət üləması arasında sonradan elmi dərəcəsi çox yüksək olan
müctehidlər yetişdi. Bu şəxslər elmi olaraq o dörd nəfərdən daha yüksək məqama
sahibdirlər. Mən ictihad məqamının hansı dəlilə əsaslanaraq istisnasız bir şəkildə
bu dörd nəfərə xas edildiyi və digər insanların elmi haqlarının əllərindən alındığını
bilmirəm! Amma şiə cəmiyyətində bütün müctehidlər İmam Zamanın zühuruna
qədər ictihad haqqına sahibdirlər. Biz təqlidə ilk başlayan birinin ölüyə təqlid
etməsini, əsla, caiz bilmirik.
|