Görəsən, min nəfər üçün peyğəmbərlik etməyə seçilən bir peyğəmbərlə, 30
min nəfər, ya onlardan çox adama və yaxud bütün bəşərə peyğəmbərlik etmək
üçün seçilən peyğəmbər birdirmi? Misal olaraq deyim ki, birinci sinif şagirdlərinə
dərs deyən müəllimlə altıncı sinifə dərs deyən və ya lisseydə dərs verən bir
müəllimlə universitet professoru birdirlərmi? Ümumilikdə təhsil nazirliyinin
vəzifəsi cəmiyyəti təlim-tərbiyə etməkdir. Bu baxımından baxsanız hamısı birdir.
Amma bilik və elm baxımından baxsanız qətiyyən eyni deyillər. Hər biri sahib
olduğu elm, fəzilət və çalışdıqları vəzifə etibariylə bir-birindən fərqli dərəcələrə
sahibdirlər. Peyğəmbərlər də dəvətetmə məqamı baxımından eynidir, lakin məqam
və elm baxımından fərqlidir. Eyni surənin başqa bir ayəsində Allah-Təala belə
buyurur:
«O peyğəmbərlərdən bəzisini başqalarından üstün etdik. Onların arasında