Китабын ады


Şeyx: «Alimlərimiz nə vaxt onun azğın əqidəyə sahib olduğunu demişlər?!».    AMUDİNİN TƏRCÜMEYİ-HALI



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə200/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   196   197   198   199   200   201   202   203   ...   314
2 5290018709182616340

Şeyx: «Alimlərimiz nə vaxt onun azğın əqidəyə sahib olduğunu demişlər?!». 
 
AMUDİNİN TƏRCÜMEYİ-HALI 
 
Dəvətçi: «İbni Həcər Əsqəlani «Lisanul-Mizan» kitablarında yazır: «Bir çox 
kitabı  olan  Seyf  Amudi  Mütəkəlli  Əli  ibn  Əbu  Əli  azğın  əqidəsinə  görə 
Dəməşqdən sürgün edilmişdir. Namazı tərk etdiyi də doğrudur». 
Yenə  sizin  böyük  alimlərinizdən  olan  Zəhəbi  «Mizanul-Etidal»  kitablarında 
eyni hadisəni nəql etmiş və öz nəzərini belə bildirişdir: «Amudinin bidətçi olduğu 
qətidir». 
Bir az dəqiq baxsanız, anlayacaqsınız ki, əgər Amudi bidət əhli, azğın əqidəli 
və  imansız  bir  şəxs  olmasaydı,  heç  bir  zaman  təbiətinin  azğınlığını  və  pis 
düşüncələrini bəlli etdirməzdi. O, Rəsulallahın (s) bir çox səhabəsinə, hətta (Hədis 
ravilərindən  sayılan)  Ömər  ibn  Xəttaba  və  bir  çox  siqə  olan  böyük  alimlərinizə 
qarşı çıxmışdır.  
Hər şeydən daha təəccüblü budur ki, şiəni «Səhih»lərinizdəki hədisləri qəbul 
etmədiyi  üçün  qınayırsınız.  (Halbuki,  vəziyyət  belə  deyildir,  əgər  hədislər  səhih 
sənədlərə sahib olarsa, kitablarınızda nəql edilmiş olsa belə, qəbul edirik.)  Amma 
Müslim, Buxari və digər «Səhih» sahiblərinin kitablarında nəql etdikləri hədisləri 
Amudi açıq bir şəkildə rədd edir, lakin yenə də ona yaxşı gözlə baxırsınız! 
Əgər  yanınızda  Amudinin  heç  bir  eybi  olmasa  belə,  sırf  Səhihlərə  müxalif 
olaraq  nəzərini  izhar  etməsi  –  həqiqətdə  Ömər,  Müslim  və  Buxarinin  yalan 
sayması – onun tanınması üçün yetərli bir səbəbdir! 
Əgər bu hədis haqqında daha ətraflı məlumata sahib olmaq, onun bütün dəlil 
və  böyük  alimlərinizdən  olan  sənədlərini  görmək,  bu  mövzu  haqqında  aydınlığa 
çıxmaq,  Amudi  kimilərə  pis  dua  etmək  və  həqiqətin  sizə  aşkar  olmasını 
istəyirsinizsə,  ali,  adil,  zahid,  mühəqqiq,  hədis  və  rəvayətlərin  tədqiqatçısı  olan 


 
187 
mərhum Əllamə Mir Seyid Həmid Hüseyn Dehləvinin «Əbəkatul-Ənvar» kitabının 
bütün cildlərini, xüsusilə «Mənzilət» hədisiylə əlaqəli cildini oxuyun və bu böyük 
şiə aliminin bəhs edilən hədisi öz qaynaqlarınızdan dəlilləriylə birlikdə necə əldə 
etdiyini görün». 
Hafiz: «Buyurdunuz ki, bu hədisi nəql edənlərdən biri də Ömər ibn Xəttabdır 
(r.z). Mümkünsə, sənədini də söyləyin». 
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin