Dəvətçi: «Əbu Bəkr Məhəmməd ibn Cəfər əl-Mütəyri və Əbul-Leysi Nəsr ibn
Məhəmməd əs-Səmərqəndi əl-Hənəfi «Məcalis», Məhəmməd ibn Əbdurrahman
Zəhəbi «Riyazun-Nəzrə», Mövla Əli Müttəqi «Kənzul-Ummal» da, İbn Səbbağ
Maliki «Fusulul-muhimmə» kitabının 125-ci səhifəsində «Xəsais»dən nəql edərək,
İmamul-Hərəm «Zəxairul-Uqba», Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-
Məvəddə» və İbn Əbil-Hədid «Şərhi Nəhcul-bəlağə» kitabının III cildinin 258-ci
səhifəsində «Nəqzul-Osmaniyyə»dən və Şeyx Əbu Cəfər İsqafi bir neçə əkəlmə
fərqiylə İbn Abbasdan (Hibri-ümmətdən) belə dediyini nəql etmişlər:
Bir gün Ömər ibn Xəttab belə dedi: «Əlinin adını (yəni onun ğeybətini
etməyi) buraxın. Çünki mən Peyğəmbərdən «Əlidə üç xüsusiyyət vardır»
buyurduğunu eşitdim; əgər onlardan biri mən Ömərdə olsaydı, günəşin, üzərinə
doğduğu hər şeydən mənim üçün daha sevimliydi».
Sonra sözünə belə davam etdi: «Mən, Əbu Bəkr, Əbu Ubeydə ibn Cərrah və
Rəsulallahın əshabından bir qrup şəxs O həzrətin hüzurunda idik. Rəsulallah da Əli
ibn Əbu Talibə söykənibö oturmuşdu. Əlinin çiyninə vuraraq belə buyurdu:
«Ya Əli! Sən iman gətirmə baxımından möminlərin ilkisən, İslam