192
Məhəmməd ibn Təlhə Şafei də «Mətalibus-Süul» kitabının 19-cu səhifəsində
Harunun mənziləti haqqındakı əsrarı kəşf etdikdən və bir qrup açıqlamalar
etdikdən sonra nəzərini belə bildirir: «Xulasə, Harunun Musaya nisbətdə mənziləti
bu idi: Harun Musanın qardaşı, vəziri, köməkçisi, nübuvvətdə ortağı və Musanın
(ç) qövmünün xəlifəsiydi». Həzrət Peyğəmbər (s) də mənzilət hadisiylə,
nübuvvətin xaricindəki Harunun (ə) Musaya (ə) nisbətlə sahib olduğu bütün
xüsusiyyətləri həzrət Əli (ə) üçün qərar vermişdir. Çünki nübuvvətin xaricindəki
xüsusiyyətlərin hamısı, yəni həzrət Peyğəmbərin (s) qardaşlığı, vəzirliyi, köməkçi
olması və özündən sonra ümmətə xəlifəliyi həzrət Əli (ə) üçün sabitdir. Mənzilət
hədisi, məntiq və məfhum baxımından bu xüsusiyyətlərin həzrət Əli (ə) üçün sabit
olduğuna dəlalət etməkdədir. Bu hədisin səhih olduğuna ittifaq etmişdilər».
Bənzər sözləri İbn Səbbağ «Füsulul-muhimmə» kitabının 29-cu səhifəsində və
digər böyük alimləriniz də bu mənada söz söyləmişlər. Lakin vaxtın azlığı onları
hamısını bir-bir zikr etməyə izn vermir».
Hafiz: «Güman edirəm, bu istisna əsl nübuvvət yox, nübuvvətin olmadığının
dəlilidir».
Dəvətçi: «Bu qədər açıq və aşkar olan bu məsələni ata-babalara tabe olaraq
rədd etməklə çox lütfsüzlük edirsiniz. Şafeidən sizə nəql etdiyim sözə yaxşı diqqət
etmədiniz deyəsən. O belə söyləyir: «
Nübuvvətin xaricindəki digər
Dostları ilə paylaş: