Dəvətçi: «(Hafizə tərəf dönərək) Belə bir bəyan etdinizmi?»
Hafiz: «Bəli! Çünki böyük və adil səhabə Əbu Hüreyrədən (r.z) nəql edilən
səhih hədislərdə Peyğəmbəri-əkrəm (s) məscidə açılan bütün qapıların
bağlanmasını əmr etmiş və Əbu Bəkrin qapısını istisna edərək, belə buyurmuşdur:
«Əbu-Bəkr məndəndir; mən də Əbu Bəkrdənəm».
Dəvətçi: «Böyük ehtimalla möhtərəm ağalar da mütləq bilirlər ki, Əməvilər,
Əmirəl-möminin həzrət Əlinin (ə) xüsusiyyətlərindən sayılan hər fəzilətin
qarşısında Müaviyənin süfrəsinin qazan dibi yalayanlarından olan Əbu Hüreyrə,
Müğəyrə, Əmr ibn As və başqa şəxslər vasitəsiylə, başqaları haqqında hədis
uydurmaq üçün böyük səy göstərmişlər. Bəkrilər də Əbu Bəkrə olan ifrat
əlaqələrinə görə bu yalan hədisləri daha da dəstəkləmişlər.
Bu səbəbdən İbn Əbil Hədid «Şərhi Nəhcul-bəlağə» kitabının I və xüsusilə III
cildinin 17-ci səhifəsində bu vaqiələri geniş bir şəkildə nəql edir: Əbu Bəkrin qapısından başqa məscidə açılan bütün qapıların bağlanması hədisi, səhih