Китабын ады


PEYĞƏMBƏRİN (S) ƏMRİYLƏ ƏLİNİN (Ə) QAPISINDAN



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə219/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   215   216   217   218   219   220   221   222   ...   314
2 5290018709182616340

PEYĞƏMBƏRİN (S) ƏMRİYLƏ ƏLİNİN (Ə) QAPISINDAN 
BAŞQA MƏSCİDƏ AÇILAN DİGƏR QAPILARIN 
BAĞLADILMASI 
 
Dəvətçi:  «İmam  Əhməd  ibn  Hənbəl  «Müsnəd»  kitabının  I  cildinin  175-ci 
səhifəsi, II cildinin 26-cı səhifəsi və IV cildinin 369-cu, Əbu-Əbdurrəhman Nəsai 
«Sünəni-Nəsai»də  və  «Xəsaisul-Ələviyyə»  kitabının  13-cü  və  14-cü  və  Hakim 
Nişapuri  «Müstədrək» kitabının III cildinin 117 və 125-ci səhifələrində, Səbt ibn 
Covzi, Tirmizi və Əhməd vasitəsilə bu hədisi isbatladığı «Təzkirə» kitabının 24 və 
25-ci, İbn Əsir Cəzri «Əsnəl-Mətalib»in 12-ci, İbn Həcər Məkki «Səvaiq»in 76-cı, 
İbn Həcər Əsqəlani «Fəthul-Bari»nin VII cildinin 12-ci, Təbərani «Əvsət», Xətibi 
Bağdadi  «Tarix»  kitabının  VII  cildinin  205-ci,  İbn  Kəsir  «Tarix»  kitabının  VII 
cildinin  342-ci,  Müttəqi  Hindi  «Kənzul-ümmal»ın  VI  cildinin  408-ci,  Heysəmi 
«Məcməuz-Zəvaid»  kitabının  9-cu  cildinin  115-ci,  Muhibbuddin  Təbəri  «Riyaz» 
kitabının  II  cildinin  192-ci,  İbn  Əbil  Hədid  «Şərhi  Nəhcul-bəlağə»nin  II  cildinin 
451-ci,  Hafiz  Əbu  Nəim  «Fəzailus-Səhabə»də  «Hilyətul-Övliya»nın  IV  cildinin, 
153-cü  və  Cəlaləddin  Siyuti  «Tarixul-xüləfa»nın  116-cı  və  «Cəmul-cəvami», 
«Xəsaisul-kubra»  və  «Ləalil-Məsnuə»nin  I  cildinin  181-ci  səhifəsində,  xətibi 
Xarəzmi  «Mənaqib»də,  Həmvinin  «Fəraid»də,  İbn  Məğazəli  «Mənaqib»də, 
Mənavi  Misri  «Kunuzud-Dəqaiq»də,  Süleyman  Bəlxi  Hənəfi  «Yənabiul-
Məvəddə»nin  87-ci  (zikr  olunmuş  kitabın  17ci  babını  bu  mövzuya  ayırmışdır), 
Şəhabuddin  Qəstəlani  «İrşadus-Sari»nin  6-cı  cildinin  81-ci,  Hələbi  «Sirətul-
Hələbiyyə»nin  III  cildinin  374-ci  və  Məhəmməd  ibn  Təlhə  Şafei  «Mətalibus-
Süul»un 17-ci səhifəsində mövcud olan hədisi müxtəlif deyilişlə nəql etmişlər.  
Xülasə,  əhli-sünnət  alimlərinin  ümumisi  Ömər  ibn  Xəttab,  Əbdullah  ibn 
Abbas, Əbdullah ibn Ömər, Zeyd ibn Ərqəm, Bərra ibn Azib, Əbu Səid Xidri, Əbu 
Hazim  Əşcəi,  Səd  ibn  Əbi  Vəqqas  və  Cabir  ibn  Əbdullah  Ənsari  kimi  əshabın 
qabaqcıllarından  cüzi  fərqlə  həzrət  Peyğəmbərin  (s)  imam  Əlinin  (ə)  qapısından 
başqa məscidə açılan bütün qapıların bağlanmasını əmr etdiyini nəql etmişlər.  


 
199 
Xüsusən, əhli-sünnətin böyük alimlərindən bir çoxu Əməvi, Bəkri tərəfindən 
aldadılmış kəslər üçün bu mövzuyla əlaqəli geniş açıqlamalar vermişlər. Məsələn: 
Məhəmməd  ibn  Yusif  Gənci  Şafei  «Kifayətut-Talib»  kitabının  50-ci  babını 
bütünlüklə bu mövzuya həsr etmişdir. Mövzuya aid müsnəd hədisləri nəql etdikdən 
sonra  «Haza  Hədisun  Alun»  (Bu  çox  dəyərli  hədisdir)  ünvanıyla  açıqlamalar 
verərək  belə  demişdir:  «Rəsulallah  (s),  məscidə  açılan  qapıların  bağlanmasını  və 
məsciddə cənabətli və ya heyizli gəlib durmağın qadağan olduğunu buyurduqdan 
sonra həzrət Əlinin (ə) qapısını istisna edərək, belə buyurmuşdur: 
«Əlinin (ə) qapısından başqa məscidə açılan bütün qapıları bağlayın». 
Daha sonra belə deyir: «Cənabətli halda məscidə girməyi və orada durmağın 
mübah  olması,  sadəcə  həzrət  Əliyə  (ə)  məxsusdur.  Amma  bu,  digər  insanların 
məscidə  cünublu  halda  və  ya  heyzli  girib-çıxa  biləcəklərinə  dəlil  ola  bilməz. 
Həzrət Peyğəmbərin (s) bu cür fərqləndirməyi və həzrət Əli (ə), həzrət Fatimə (ə.s) 
və onların övladlarının tanıtmasının səbəbi onları pak bilməsinə görədir. Onsuz da 
«Təthir ayəsi» onların hər cür çirkinlik və günahdan münəzzəh olduğunu açıq bir 
şəkildə bildirmişdir.  
Möhtərəm  Hafiz ağa, bu Şafei aliminin verdiyi geniş açıqlamaları da nəzərə 
alaraq,  Əbu  Bəkr  haqqındakı  nəql  etdikləri  hədisi  bunlar  ilə  müqayisə  etsinlər. 
Bizim  bu  qədər  etibarlı  sənədlərimizə  baxmayaraq,  əgər  Əbu  Bəkrin  təharəti 
(bütün  çirkinliklərdən  təmiz  olması)  haqqında  bir  dəlilləri  varsa,  buyurub,  nəql 
etsinlər! 
Bunu da əlavə edək ki, Buxari və Müslim öz «Səhih»lərində bu mövzuya işarə 
edərək, cünublu halda kimsənin məscidə girmə və məsciddə durma haqqına sahib 
olmadığını söyləyib, Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: 
«Mən və Əlidən başqa məsciddə cünub olmaq kimsəyə layiq deyildir». 
Bu  növ  hədislər,  həzrət  Əli  (ə)  və  həzrət  Peyğəmbərin  (s)  qapısından  başqa 
bütün qapıların bağlandığını isbatlamaqdadır. Əgər bu iki qapıdan başqa hər hansı 
bir  qapı  açıq  qalmış  olsaydı,  başqalarının  da  məscidə  cənabətli  girməkləri  caiz 
olardı.  Peyğəmbərimiz  (s)  açıq  bir  şəkildə,  özü  və  həzrət  Əlidən  (ə)  başqa  heç 
kimin məscidə cənabətli daxil ola bilməyəcəyini buyurur.  


 
200 
Bu  hədis  (Buxari  və  Müslim  də  onu  nəql  etmişlər)  Əmavi,  Bəkri  və  digər 
qrupların,  açıq  qapının  digər  bir  şəxsə  aid  olduğu  xüsusundakı  iddialarının  rəddi 
üçün qəti bir dəlildir.  
Bu  qəti  və  aşkardır  ki,  evin  qapısının  məscidə  açıq  qoyulması  izni  həzrət 
Əlinin  (ə)  xüsusiyyətlərindəndir.  Əgər  izn  versəniz,  bu  mövzudakı  sözlərimi  II 
xəlifədən sizə söyləyəcəyim bir hədislə bitirim. Hakim bu hədisi «Müstədrək»in III 
cildinin 125-ci səhifəsində, Süleyman Bəlxi Hənəfi «Yənabiul-Məvəddə»nin 56-cı 
bölümünün  210-cu  səhifəsində  (Zəxairul-Uğba»dan  nəql  edərək),  İmamul-Hərəm 
«Müsnədi  Əhməd  ibn  Hənbəl»dən,  Xətib  Xarəzmi  «Minaqib»in  261-ci 
səhifəsində, İbn Həcər «Səvaiq»in 76-cı səhifəsində, Siyuti «Tarixul-Xüləfa»da və 
İbn Əsir Cəzri «Əsnəl-Mətalib» kitabında və başqa şəxslər, az bir fərqlə, Ömərin 
belə  dediyini  nəql  etmişlər:  «Şübhəsiz,  Əli  ibn  Əbu  Talibə  üç  xüsusiyyət 
verilmişdir. Əgər onlardan biri mənə verilmiş olsaydı, mənim  üçün qırmızı tüklü 
heyvanlardan daha xeyirliydi. O, xüsusiyyətlər bunlardır: 
1.  Peyğəmbər (s), onu öz qızıyla evləndirdi; 
2.  Peyğəmbər  (s),  onun  qapısından  başqa  məscidə  açılan  bütün  qapıları 
bağladı  və  o,  Rəsulallah  ilə  birlikdə  məsciddə  oturdu  və  Peyğəmbərə 
məsciddə halal olan hər şey ona da halal oldu; 
3.  Peyğəmbər (s) Xeybər günündə İslam bayrağını ona verdi». 
Güman edirəm, burada bu məsələ Nəvvab və digər əziz qardaşlarımıza heç bir 
qaranlıq qalmadan aydın oldu. Hafiz də tamamən rahat oldu.  
Təkrar  əvvələ  –  Seyid  Şəhabuddinin  dediyi  sözlərin  ardına  qayıdaq.  O, 
araşdırmasının son qismində belə deyir: «Kim həzrət Əlinin əhvalı haqqında bir az 
araşdırma apararsa, bir çox xüsusi sifət, zahiri hallar və xarici görünüş sifətlərində 
Rəsulallaha (s) son dərəcədə bənzədiyini görəcəkdir. Həzrət Əlidən başqa heç kim 
bu xüsusiyyətlərə sahib olma iftixarına sahib deyil». 
Bu  söylədiklərim  üləmanızın  Əmirəl-möminin  həzrət  Əlinin  (ə)  məxsus 
fəzilətləri haqqındakı etiraflarından sadəcə bir nümunə idi. Bilin ki, mən, əsla, O 
həzrətin  (ə)  məqamı  haqqında  ğuluva  yol  vermir  və  ağılsızcasına  iddialar  da 


 
201 
etmirəm.  Şiə  camaatı  əvvəldən  günümüzədək,  əsla,  dəlilsiz  bir  iddia  da 
etməmişdir; bizim dəlillərinizin əsl qaynaqları mötəbər kitablarınızda yer alır.  
Amma  təəssüf  etdiyim  nöqtə  budur  ki,  keçmişdən  qalma  bir  adət  üzrə,  hər 
şeydən  xəbərsiz,  avam  xalqın  arasında oturduqda,  öz  məqamınızı  qorumaq  üçün, 
qürurla danışır, böhtan və iftira deyib, məsələləri xalqa yanlış çatdırırsınız. 
Zikr edilən bu müqəddimədən imam Əlinin (ə) Harunun (ə) həzrət Musaya (ə) 
olan nisbəti kimi bütün istiqamətlərdə Peyğəmbərin (s) misli və ortağı olduğu sabit 
oldu.  Həzrət  Musa,  qardaşı  Harunu bəni-İsrail arasında hər kəsdən  daha  layiq  və 
daha  üstün  bildiyi  üçün  Allaha  dua  edərək,  onu  özünə  ortaq  və  vəzir  etməsini 
istədi. Həzrət Peyğəmbər (s) də ümməti arasında bu məqama imam Əlidən (ə) daha 
layiq bir kimsə görmədi və Allahdan, Harunu (ə) necə Musaya (ə) vəzir və ortaq 
etdisə, Əlini (ə) də özünə ortaq etməsini istədi». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin