Китабын ады


Hafiz: «Mümkünsə, onların yerlərini bildirərdiniz».  Dəvətçi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə22/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   18   19   20   21   22   23   24   25   ...   314
2 5290018709182616340

Hafiz: «Mümkünsə, onların yerlərini bildirərdiniz». 
Dəvətçi:  «Müslim  ibn  Həccac  «Səhih»  kitabının  «Əl-cəmu  beynəs-səlatəyni 
fil Həzər» babında ravilərin silsiləsini nəql edərək İbn Abbasdan belə deyir: 
«Rəsulallah  (s)  zöhrlə  əsr  və  məğriblə  işa  namazını,  heç  bir  təhlükə  və 
səfərdə olmadan, cəm halda qıldı». 
Yenə İbn Abbas belə nəql etmişdir: 
«Rəsulallahla  (s)  səkkiz  rükət  zöhrlə  əsr  və  yeddi  rükət  də  məğriblə  işa 
namazlarını cəm halda qıldım». 
Eyni  hədisi  imam  Əhməd  ibn  Hənbəl  «Müsnəd»  kitabının  I  cüzünün  221-ci 
səhifəsində nəql etmişdir. Digər bir hədis də İbn Abbasın belə nəql etdiyini deyir: 
«Rəsulallah (s) Mədinədə olduqda, səfərə çıxmadığı halda, bir dəfə səkkiz, 
bir dəfə də yeddi rükət namaz qıldı (yəni zöhrlə əsr və məğriblə işa namazını cəm 
halda əda etdi)». 
Müslim  bu  baxımdan  bir  neçə  hədis  nəql  edir;  o  yerə  qədər  belə  yazır: 
«Əbdullah  ibn  Şəqiq  belə  dedi:  «Bir  gün  əsr  vaxtından  sonra  İbn  Abbas  bizə 
xütbə  oxuyub,  söhbət  edirdi.  Söhbəti  o  qədər  uzun  çəkdi  ki,  günəş  batdı, 
ulduzlar  çıxdı  və  camaatın;  «Əs-səlat!  Əs-səlat»  (Namaz!  Namaz!)  səsləri 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin