qardaşım Harunu işlərimdə ortaq et». O zaman Musaya bu ayə nazil oldu: «Biz sənin istəyini qəbul etdik və qardaşın Harunu sənə vəzir edərək, sənin arxanı gücləndirəcəyik. Sizə bu aləmdə kimsənin yetişə bilməyəcəyi bir qüdrət və hökümət verəcəyik».
Bundan sonra Peyğəmbərimiz (s) belə ərz etdi: «Allahım! Mən sənin seçilmiş və peyğəmbərin olan Məhəmmədəm; belə isə köksümü genişlət, işlərimi asanlaşdır və Əhli-beytimdən Əlini mənə vəzir et, arxamı gücləndir».
Əbuzər deyir: «Allaha and olsun, Peyğəmbərin (s) duası tamam olmadan
Cəbrayıl nazil olaraq «Sizin vəliniz Allah, Rəsulu və namaz qılıb rüku halında ikən zəkat verən möminlərdir» ayəsini oxudu.
Göründüyü kimi, həzrət Peyğəmbərin (s) duası qəbul olmuş və imam Əli (ə)
də (Harun Musaya vəzir olduğu kimi) O həzrətə vəzir təyin edilmişdir.
Məhəməd ibn Təlhə Şafei «Mətalibus-Süul» kitabının 19-cu səhifəsində geniş
açıqlamalarla bu mənaya toxunmuşdur.
Hafiz Əbu Nəim İsfahani 2Mənqəbətul-Mütəhhirin» kitabında, Şeyx Əli Cəfri
«Kənzul-Bərahin»də, İmam Əhməd ibn Hənbəl «Müsnəd»ində, Seyid Şəhabuddin
«Tovzihud-Dəlail»ində və Cəlaləddin Süyyuti «Dürrül-Mənsur» kitabında və digər
bir çox əhli-sünnət üləması – ki, vaxt az olduğundan onların adını zikr etmirəm –
öz təsnif və təliflərində bu hədisi nəql etmişlər. Bəziləri bu hədisi Əsma binti
Ümeysdən (Əbu Bəkrin xanımı), bəziləri də səhabələrdən ki, axırı (Hibri – ümmət)
İbni Abbasla sona çatır, nəql etmişlər.
İbni Abbas deyir: «Peyğəmbər (s) mənim və Əlinin əlini tutduqdan sonra dörd
rükət namaz qılıb, əllərini göy üzünə doğru açaraq, belə ərz etdi:
«Allahım! Musa ibn İmran (qardaşı Harunun vəzirliyi, nübuvvət işində ortaq olması və risaləti təbliğ etməsi üçün) səndən istədisə. Allahım! Mən