Məhəmməd də Səndən istəyirəm ki, köksünü genişlədəsən, işlərimi asanlaşdırasan, sözümü anlaya bilmələri üçün dilimin düyününü açasan, əhlimdən Əli ibn Əbu Talibi mənə vəzir edəsən, Onun vasitəsiylə arxamı gücləndirəsən və Onu işlərimdə mənə ortaq edəsən».
Bu əsnada bir nidaçının belə dediyini eşitdim: «Ya Əhməd! İstədiyin şeyi sənə verdik». O zaman Rəsuli-əkrəm (s) həzrət Əlinin (ə) əllərini tutaraq ona belə
buyurdu:
«Əllərini göy üzünə qaldır və Rəbbindən sənə bir şey verməsi üçün istə ondan». Həzrət Əli (ə) əllərini göy üzünə doğru qaldıraraq, belə ərz etdi:
«Allahım, öz qatında mənim üçün bir əhd et və mənim üçün məhəbbət icad et».
Bu vaxt Cəbrayıl nazil olaraq «Məryəm» surəsinin 96-cı ayəsini gətirdi:
«İman gətirənlər və saleh əməllər edənlər isə… Allah onlar üçün bir sevgi