214
Şiə və sünni İslam alimlərinin, eləcə də İslam tarixi yazan başqa millətlərin
tarixçiləri də, məzhəbi (yəni nə sünni, nə də şiə) təəssübləri olmadığından, bu
hadisəni birmənalı şəkildə nəql etmişlər. Onlardan biri XVIII əsrin məşhur ingilis
filosof və tarixçisi Tomas Karlildir. O, misirlilərin ərəb dilinə tərcümə etdiyi «Əl-
ibtal və ibadətul-Mubtilə» adlı məşhur kitabında sözügedən mövzu haqqında belə
yazır:
«Peyğəmbərin xütbəsindən sonra Əli ayağa qalxaraq, ona ima gətirdi. Beləcə,
böyük xəlifəlik məqamı ona nəsib oldu».
Fransız professoru Cənab Misyo Pul Lehojor 1884-cü ildə Parisdə nəşr olunan
«Xatəmul-nəbiyyinin həyatı» adlı kiçik həcmli kitabında ingilis Cocis Sal və şamlı
Haşim Nəsrani 1891-ci ildə nəşr edilən «Məqalətul-İslam»ın 83 və 86-cı
səhifələrində (İslama və müsəlmanlara qarşı müxalif olmalarına baxmayaraq),
xüsusilə Mister Can Deyvun Port (ki, dəyərli müəllif və insaflı bir insan idi)
dəyərli əsəri «Məhəmməd və Quran» adlı kitabının 20-ci səhifəsində bu mövzuyla
əlaqəli, aydın bir nəzər və təmiz bir qəlblə belə yazır:
«Peyğəmbər hələ peyğəmbərliyinin əvvəlində Əlini özünə qardaş, vəzir və
xəlifə seçmişdi».
Dostları ilə paylaş: