Китабын ады


HEÇ KİM SƏHABƏLƏRİN FƏZİLƏTLƏRİNİ İNKAR ETMİR



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə244/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   240   241   242   243   244   245   246   247   ...   314
2 5290018709182616340

HEÇ KİM SƏHABƏLƏRİN FƏZİLƏTLƏRİNİ İNKAR ETMİR, 
LAKİN ƏN FƏZİLƏTLİSİ SEÇİLMƏLİDİR 
 
Əgər  hər  iki  tərəfin  (şiə  və  sünni)  qəbul  etdiyi  hədisləri  bəyan  etsəniz, 
məmnuniyyətlə  qəbul  edərəm.  Mən  pak  səhabələrin  fəzilətlərini  heç  vaxt  inkar 
etmərəm. Mütləq hər birinin öz yerində fəzilətləri vardır. Amma hər iki məzhəbin 
qəbul  edib,  qərar  verdiyi,  ümmətin  ən  fəzilətlisini  (üstününü)  tanıyıb  bilmək 
lazımdır. Biz fazil (fəzilətli) üzərində danışmırıq. Çünki fəzilətlilər çoxdur. Rəsuli-
əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisinin kim olduğunu tapmalıyıq ki, ağlın və 
nəqlin (ayə və hədislərin) hökmünə görə onu öndə bilib, arxasınca gedək». 
Şeyx:  «məqsədiniz  əks  tərəfi  çaşdırmaqdır.  Çünki  sizin  kitablarınızda 
xəlifələrin  fəziləti  haqqında  istidlal  ediləcək  bir  hədis  yoxdur.  Vəziyyət  belə 
olduğu halda hər iki tərəfin qəbul etdiyi hədisləri dəlil gətirə bilərik?». 
Dəvətçi:  «Bu  sizin  probleminizdir.  Nə  üçün  birinci  gecə  kitabları  yaxşı 
oxumadan  danışmağa  başladınız?  Yadınızdadırsa,  bu  təklifi  birinci  gecə  cənab 
Hafiz  (səlləməhullah)  təqdim  etdi  və  «İstidlallarımız,  söhbətimiz  ancaq  Quran 
ayələri və hər iki tərəfin qəbul etdiyi hədislərdən olsun» buyurdu. Mən də mötəbər 
kitablarınızı  yaxşı  oxuduğum  üçün  təklifi  qəbul  etdim.  Özünüzün  və  məclisdə 
iştirak  edənlərin  şəhadətiylə  söhbətlərimizin  əvvəlindən  indiyə  qədər  bu 
şərtləşmədən  kənara  çıxmadım.  İndiyə  qədər  sizin  alimlərinizin  mötəbər 
kitablarında  nəql  edilən  səhih  hədisləri  və  Quran  ayələrini  dəlil  gətirdi.  Bu 
söhbətlər davam etdiyi müddət ərzində, inşallah, bu vədimə əməl edəcəyəm. 
Bu  cür  şərtləşdiyimiz  zaman  belə  bir  problemlə  qarşılaşacağınızı 
düşünürdünüz  sanki.  Amma  mən,  şərtləşdiyimizi  bəhanə  edib,  sizləri  çətin 
vəziyyətdə  qoymaq  istəmirəm.  Sizin  üçün  bir  tərəfli  səhih  hədislərinizi,  saxta  və 
uydurma  olmasa,  əqli  və nəqli dəlillərə  (ayə  və  hədislərlə) uyğun olması  şərtiylə 


 
221 
dinləməyə  hazıram.  Sonra  oturub  insafla,  ədalətlə  hökm  verək.  Əgər 
deyəcəkləriniz  həzrət  Əlinin  (ə)  fəzilətlərinin  çoxluğu  qarşısında  dura  bilərsə, 
qəbul edərəm». 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin