yalan söyləyərsə onun yeri Cəhənnəm atəşidir. Nə zaman məndən sizə bir hədis gəlirsə, onu Quranla uyğunlaşdırın». (Yəni Qurana uyğundursa, qəbul edin; uyğun gəlməzsə, rədd edin) Fəzri Razi «Təfsiri-kəğir» kitabının VI cildinin 371-ci səhifəsinin axırında hər
iki məzhəbin qəbul etdiyi bir hədisi Rəsulallahdan (s) belə nəql edir:
«Məndən sizə bir hədis nəql edildiyi zaman, onu Allahın kitabı ilə müqayisə edin. Əgər ona uyğun olsa, qəbul edin, əks təqdirdə, rədd edin».
Böyük alimlərinizin kitablarında yazıldığı kimi Rəsulallahın (s) adına yalan
hədis uyduranlardan biri də hədis nəql etdiyiniz bax bu Əbu Hüreyrədir. Hədər
yerə ona etibarlı dediniz».