SÜNNİ ALİMLƏRİNİN ŞİƏLƏRƏ ATDIĞI BÖHTANLAR
Dəvətçi: «Böyük alimlərinizin şiələrə atdığı minlərlə iftira və yalanlardan
zehnimdə olanlarını bu möhtərəm məclisdə həqiqətlərdən xəbərsiz insanların
xəbərdar olması üçün bildirməyə məcbur qaldım. Hökm verməyi də müsəlmanların
təmiz ruhu və aydın qəlblərinin ixtiyarına buraxıram.
İBN ƏBDÜRRƏBİHİN ŞİƏLƏRƏ ATDIĞI İFTİRALAR
İftixarınızda olan ədəbi alimlərinizdən Şəhabuddin Əbu Ömər Əhməd ibn
Məhəmməd ibn Əbdürrəbih Qirtəbi Əndulusi Maliki (328 h.q Qirtəbidə ölmüşdür)
«İqdul-Fərid» kitabının I cildinin 269-cu səhifəsində imanlı və müvəhhid şiələrə
«Ümmətin yəhudiləri» deyərək, sözünə belə davam edir: «Yəhudilər necə
xristianlara düşməndirlərsə, şiələr də eyni şəkildə İslama düşməndirlər». O, bu
şəkildə şiələrə bir çox iftiralar atmışdır. Məsələn deyir: «Şiələr, yəhudilər kimi üç
talaqa inanmırlar və talaqdan sonra iddənin olmadığını söyləyirlər».
Məclisdə iştirak edən möhtərəm şiələr, hətta şiələrlə yaxın əlaqədə olan siz
sünnilər, deyin görək İbn Əbdürrəbihin bu iftiraları gülməli dleyilmi?! Bütün fiqh
kitablarımız və əməli risalələrimizdə (Tovzihul-məsaillərdə) üç talaqın hökmləri,
talaqdan sonra iddə gözləməyin yolları geniş şəkildə bildirilmişdir. Şiələrin
227
talaqdakı əməlləri və talaqdan sonra iddə gözləmələri ədəbdən uzaq olan bu ədibin
(İbn Əbdürrəbihin) yalanına ən böyük dəlildir.
Yenə belə deyir: «Şiələr, yəhudilər kimi Cəbrayıla düşməndirlər. Çünki o,
vəhyi Əliyə gətirməliydi, Peyğəmbərə gətirmişdir!» (Məclisdə iştirak edən şiələrin
gülməsi) Görürsünüz ki, şiələr belə uydurma, yalan sözləri eşitdikdə gülürlər, o ki,
qaldı ona inanmış olsunlar.
O (İbn Əbdürrəbih), əgər Afrikada girdiyi qabığından siyrilib çıxsaydı və ya
şiələrin yazdığı kitabları oxumaq zəhmətinə qatlansaydı, utanaraq belə bir iftira
atmazdı. Bəlkə də həqiqətləri bilməyənləri bu cür qandırmaq və müsəlmanlar
arasında ixtilaf salmaq üçün qəsdən belə etmişdir.
Biz şiələr həzrət Məhəmmədi Mustafa Xatəmul-ənbiyanı (s) haqq üzrə gəlmiş
peyğəmbər bilir və deyirik ki, Ona nazil olan vəhydə, əsla, xəta və yanlışlıq
üzündən olmamışdır. Biz Cəbaryıli-əminin (ə) məqamını o şəxsiyyətsiz adamın
təsəvvür etdiyindən daha uca bilirik. Biz inanırıq ki, Cəbrayıl (İlahi vəhyin əmini)
Əli ibn Əbu Talibi (ə) Xatəmul-ənbiyanın (s) xəlifəsi və varisi olaraq
tanıtdırmışdır
1
.
1
Bir neçə il əvvəl bir qrup şiə Kazimeyndən Samirrəyə səfərə gedirdik. Bizim olduğumuz vaqonda bir neçə
nəfər Mosuddan olan şəxslərdə var idi. Onlardan ikisi əhli-0sünnətin qazı və alimiydi. Yol boyu bizi lağa qoyur və
iftira atırdılar. Mənim ərəb dilini bildiyimdən xəbərləri yox idi. İş bir yerə yetişdi ki, qazı belə danışmağa başladı:
«Bu rafizilərin bir çoxf asid əxlaq və adətləri vardır. Təmamən bidətçi və müşrikdirlər. Onların bidətlərindən biri
budur ki, namazın salamını verdikdən sonra əllərini üç dəfə havaya qaldırıb «Əmin xəyanət etdi» deyirlər».
Yanındakılar soruşdular: «Əmin kimdir? Necə xəyanət etmişdir?» Şeyx (alim) belə cavab verdi: «Şiələr deyirlər ki,
Peyğəmbər (s), Əli və Cəfər Hirada yatırdılar. Allah nübuvvət vəhyinin Əliyə aparılması üçün Cəbrayılı məmur etdi.
Amma Cəbrayıl xəyanət edib, vəhyi Xatəmül-ənbiyaya verdi. Bu səbəbdən bütün şiələr Cəbrayıla düşməndirlər. Hər
namazdan sonra üç dəfə «Əmin xəyanət etdi» deyirlər. Yəni vəhyi Əlinin yerinə Xatəmul-ənbiyaya verdi.
Mən artıq özümü saxlaya bilmədim. Şeyxə «Cənab Şeyx, yalan və iftira böyük günahlardandır, yoxsa kiçik
günahlardan?» «Böyük günahlardandır» dedi. Dedim: «Belə isə bu ağ saqqalınla nə üçün iki günah edib şiələr
haqqında insanları çaşdırırsan?». Utanaraq «Mən həqiqət nədirsə, onu söylədim» - deyə cavab verdi. Mosullulardan
«Aranızda farsca bilən varmı» - deyə soruşduqda, bir neçəsi bildiklərini söylədilər. Bundan sonra bu hadisədən
xəbəri olmayan şiələrdən on və ya on iki zəvvarı yaşlı və gəncləri tək-tək çağırıb belə solruşdum: «Siz namazın
salaından sonra əllərinizi qulaqlarınızın dibinə qaldırıb nə deyirsiniz?» Onlar «Namazımızın qəbul olması üçün üç
dəfə «Allahu Əkbər» deyirik» dedilər. Şeyxə dedim: «Utandınızmı Cənab Şeyx, yoxsa utanmadınız?» Şeyx «Onları
sən öyrətdin» - deyə cavab verdi. Dedim: «Allahdan qorx! Yanınızda oturub, yerimdən tərpənmədiyimi
görmədinizmi?». Sonra Mosullulara dönüb belə dedim: «Rica edirəm qalxın, başqa vaqonlara keçin və zəvvar olan
şiələrdən özünüz soruşun. Farsca bilən bir-iki kişi durub getdilər. Döndükdən sonra Şeyxə «Bu yalanları
söyləməkdən məqsədin nə idi? Şəhərli, kəndli kimdən soruşduqsa, dedilər ki, Allahu Əkbər deyirik. Hətta «Əmin
xəyanət etdi» demirsinizmi?» - deyə soruşduqda «Biz indiyə qədər belə bir şey eşitmədik» deyə cavab verdilər».
Gənclər təhsilli olduqları üçün Şeyxin əlindən çox əsəbiləşdilər.
Şeyx «Mən əvvəldə də söylədim ki, bunları kitablarda oxudum» dedi. Onlar «Bilmirdin ki, alim gərək
araşdırmadan bir söz söyləməsin?» deyərək, Şeyxi qınadılar.
Bunlar sünni alimlərinin şiələrə atdıqları iftiralardan bir nümunədir. Bax, sünni qardaşlar bu şəkildə şiələri
pisləyirlər.
228
Yenə belə deyir: «Şiələr, yəhudilər kimi Peyğəmbərin sünnətinə əməl
etməzlər. Bir-birlərini gördüklərində «Səlamun əleykuun» əvəzinə, «Samun
əleykum» (Ölüm olsun sənə) deyərlər». (şiələrin qəh-qəhəylə gülmələri)
Şiələrin bir-birinə və siz sünni qardaşlara olan davranışları onun yalanına ən
böyük dəlildir. Bundan əlavə O, uydurduğu başqa bir sözdə deyir: «Şiələr,
yəhudilər kimi müsəlmanların qanını və malını halal bilirlər».
Şiələrin əməllərini görürsünüz və onlara şahidsiniz. Biz, kafirlərin belə canını
və malını halal bilmirik; o ki, qalsın müsəlmanların canını və malını.
Şiə məzhəbində qul haqqı və insanı öldürmək böyük günahlardan sayılır.
Bütün bunlar, alimlərinizdən sadəcə birinin söylədiyi sözlər idi. Məclisin vaxtı
onun belə yalan-palan sözlərini deməyə imkan vermədiyindən, bu qədəriylə
kifayətlənirəm».
Dostları ilə paylaş: |