Китабын ады


İBNİ TEYMİYYƏNİN İFTİRALARI



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə255/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   251   252   253   254   255   256   257   258   ...   314
2 5290018709182616340

İBNİ TEYMİYYƏNİN İFTİRALARI 
 
Alimləriniz arasında ən həyasızı, bəlkə də ən dinsizi Əhməd ibn Əbdülhəlim 
Hənbəli,  yəni  İbn  Teymiyyədir.  (Ö.728  h.q.)  Onun  şiələrə,  xüsusilə  mövlamız 
Əmirəl-möminin  həzrət  Əliyə  (ə)  və  Rəsulalların  (s)  pak  itrətinə  (Əhli-beytinə) 
qarşı  böyük  bir  kin  və  düşmənçiliyi  vardır.  Onun  «Minhacus-Sünnə»  kitabını 
oxuyan  hər  kəs  təəccüb  edir.  Elə  şiddətli  bir  düşmənçiliyi  vardı  ki,  mövlamız 
Əmirəl-möminin həzrət Əli (ə) və onun Əhli-beyti haqqındakı bütün açıq nəssləri 
(ayə və hədisləri) və uca fəzilətləri inkar edir. Məzlum şiələrə elə yalan və iftiralar 
atır ki, eşidənlərin ağlı çaşır. Əgər onların hamısını bir-bir desəm, məclis günlərlə 
uzanar.  Sözü uzatmamaq  üçün bir neçə misalla kifayətlənəcəyəm.  Beləcə,  Cənab 
Şeyx  bilsin  ki,  yalan  və  iftira  atmaq  şiə  alimlərinin  deyil,  bəzi  sünni  alimlərinin 
xüsusiyyətlərindəndir. Təəccüblüsü budur ki, şiələr haqqında söylədiyi yalanlardan 
sonra  həqiqətlərdən  xəbərləri  olmayanları  qandırmaq  üçün  I  cildin  15-ci 
səhifəsində  deyir:  «Qiblə  əhlindən  heç  biri  şiələr  qədər  yalan  söyləmir.  Bu 
səbəbdən səhih kitabları yazanlar onlardan hədis nəql etməmişlər». X cildin 23-cü 
səhifəsində  deyir:  «Şiələr  üsuliddinin  dörd  bəndən  ibarət  olduğuna  inanırlar: 
tövhid, ədalət, nübuvvət, imamət». 
Şiələrin  kəlam  kitabları  hər  kəsin  əli  çatan  yerdədir.  Keçən  gecələrdə 
söylədiyim  kimi,  şiələr  üsuliddinin  üç  bəndən  ibarət  olduğuna  inanırlar:  tövhid, 
nübuvvət və məad. Ədalət tövhidin, imamət də nübuvvətin bir hissəsidir.  
I  cildin  131-ci  səhifəsində  yazır:  «Şiələr  məscidlərə  əhəmiyyət  verməzlər. 
Məscidləri  tamam  boşdur.  Nə  cümə  namazını  məsciddə  qılarlar,  nə  də  camaat 
namazları vardır. Əgər bəzən namaz qılsalar da camaatla deyil, tək başına qılırlar». 
(şiələrin qəh-qəhəylə gülmələri) 
Şeyx,  siz  və  burada  olan  və  olmayan  sünni  qardaşlar  şiələrin  məscidlərinin 
dolu  olduğunu  görmədimi?!  Camaatla  qılınan  namazları  görmədinizmi?!  Şiələrin 
mərkəzi olan İran və İraqda – hər şəhərdə camaat namazlarının qılınması üçün bir 
çox  böyük  məscidləri  yoxdurmu?!  Hansı  kəndə  gedirsiniz  gedin,  orada  bir 
məscidin  olduğunu  görəcəksiniz.  Mübarək  ramazan  ayından  əlavə,  hər  gün  sübh, 


 
230 
axşam namazlarını camaatla məscidlərdə qılarlar. (Nümunə üçün verilən şəkillərə 
diqqət edin! Şəkil: 230-21-22) 
Siz alimlər şiələrin fiqhi, istidlali kitablarına, alim olmayan sünni qardaşlar da 
şəriət məsələləri kitablarına baxsanız görəcəksiniz ki, məscidə getmək və camaatla 
namaz  qılmaq  haqqında  nə  qədər  savab  nəql  edilmişdir.  Məscidlərdə  qılınan 
namazın  savabının,  evdə  qılınan  namazın  savabından  qat-qat  çox  olduğu 
yazılmışdır,  bu  səbəbdən  şiələr  imkanları  olduğu  qədər  namazlarını  məscidlərdə, 
camaatla  qılmağa  çalışırlar.  Bu  yalançı  və  şərəfsiz  şəxsin  şiələr  haqqında  necə 
yalanlar uydurduğunu bilməlisiniz.  
Yenə  eyn  səhifədə  deyir:  «Şiələr  digər  müsəlmanlar  kimi  Həccə  getməzlər. 
Onların  həcci  qəbirləri  ziyarət  etməkdir.  Qəbirlərin  ziyarətinin  savabını,  Allahın 
evini ziyarət etməyin savabından daha çox qəbul edirlər. Hətta qəbirlərin ziyarətinə 
getməyənlərə lənət edirlər». (şiələrin gülüşməsi) 
Əgər şiələrin ibadətlə əlaqəli risalə və kitablarını açıb oxusanız, «Kiatbul-hacc 
və  babul-hacc»  adında  bu  ibadət  üçün  məxsus  bölüm  ayrıldığını  görərsiniz. 
Şiələrin  həccdə  ediləsi  əməllər  üçün  hər  fəqih  (müctehid)  «Mənasiqi-Həcc»  adlı 
kitab yazışdır; o kitablarda Məsum İmamlardan (ə) da Həcc mövzusunda hədislər 
nəql edilmişdir. O hədislərin bəzisində belə deyilir: «Maddi imkanı olduğu halda 
Allahın evini, Həcci tərk edən bir müsəlman (istər sünni olsun, istər şiə), İslamın 
xəttindən  çıxmışdır;  öldüyü  zaman  ona  deyiləcək  ki,  necə  ölmək  istəyərsən; 
yəhudi, xristian, yoxsa məcusi kimi?» 
Belə  hökmlər  qarşısında  şiələrin  Kəbəni  ziyarət  etməyi  tərk  etmələrini  ağıl 
qəbul  edərmi?  Gedib  İmamların  (ə)  qəbirlərini  ziyarət  edən  dağ  başında  yaşayan 
cahil  bir  kəndçidən  belə  Həcc  əməlinin  harada  yerinə  yetirilməsinin  vacib 
olduğunu soruşsanız, «Məkkəyi-müəzzəmdə» cavabını alarsınız.  
Amma  Allahdan  xəbəri  olmayan  bu  şəxs  şiənin  iftixarlarından  olan  Şeyx 
Müfid  (r.ə)  ləqəbiylə  məşhur  olan  Şeyx  Məhəmməd  ibn  Məhəmməd  ibn  Nöman 
Mufidə  iftira  ataraq  belə  deyir:  «Onun  «Mənasiqi-həccil-Məşahid»  (Qəbirlərin 
ziyarətinin hökmü) adında bir kitabı vardır». Halbuki, Şeyx Mufidin «Mənasiquz-
ziyarət»  adında  hər  kəsin  əlində  olan  bir  kitabı  vardır.  Bu  kitabda  məsum 


 
231 
İmamların (ə) müqəddəs məzarları ziyarət edildiyi zaman digər ziyarətlər kimi, bu 
ziyarətə  aid  ədəb  və  qaydalar  yazılmışdır.  Kitabın  əvvəlində  yazır:  «Müstəhəb 
ibadətlərdən  biri  də,  Peyğəmbəri-əkrəm  (s)  və  məsum  İmamların  (ə)  müqəddəs 
qəbirlərini ziyarət etməkdir». 
Allahdan  xəbərsiz  şəxsin  yalanına  ən  böyük  cavab,  hər  il  minlərlə  şiənin 
Allahın  evinə  gedib,  Həcc  əməllərini  yerinə  yetirmələridir.  Şiələr  Həccdən 
qayıtdıqdan  sonra  özlərinə  «Hacı»  deyilməsini  iftixar  bilirlər.  İndi  bu  yalançı 
şəxsin nə qədər yalan düzəltmələrinə bir baxın! 
1-ci  cildin  11-ci  səhifəsində  belə  deyir:  «Şiələr  itlərinin  adını  Əbu  Bəkr  və 
Ömər qoyaraq, ardıcıl şəkildə onlara lənət deyirlər (şiələrin gülüşməsi) 
Şiələrə belə iftira atıb, onlar haqqında yalan söyləyən bu şəxsin inad, təəssüb 
və dinsizliyinə, doğrusu, insan təəccüb edir.  
Halbuki,  onun  dediyinin  əksinə  olaraq  şiələrin  əhkam  və  hədis  kitablarının 
hamısında  itin  nəcis  olduğu  və  müsəlman  şəxsi  evində  it  olarsa,  o  evə  Allahın 
rəhmətinin nazil olmayacağı yazılmışdır. Şiə müsəlmanların bir neçə yerdən başqa 
it saxlamağı qadağan edilmişdir. O bir neçə yerdə, bəzi məxsus şərtlərlə, bunlardır: 
Ovçuluqda, ev və heyvan sürülərini qorumaq üçün, həzrət Peyğəmbəri-əkrəmin (s) 
nəvəsi  Seyyidüş-şühəda  Əba  Əbdillahil-Hüseynin  (ə)  Yezidə  qarşı  qiyamının 
səbəblərindən biri də onun itlərlə oynaması və evində it saxlaması idi.  
Şiə  və  ya  sünni  müsəlmanlardan  biri  söylənən  yerlərdən  başqa  evində  it 
saxlarsa, biz onu dini xüsusda günahlandırar və ona etibarımız olmaz. Şiə inancına 
görə,  bir  it  bir  evdə  sərbəst  dolaşarsa,  o  ev  nəcis  olar.  Bütün  bunlar  göz  önündə 
olduğu halda, bir şiənin öz evində it saxlaması və bundan əlavə, Rəsulallahın (s) 
möhtərəm  səhabələrindən  bəzilərinin  adlarını  onlara  qoyması  və  ya  onlara  lənət 
etməsi düşünülə bilməz! Yazıqlar olsun bu cür müsəlmanlara! İnad və təəssübdən 
Allaha sığınırıq.  
Siz cahil də olsa, bir şiədən belə bir iş görsəniz göstərin, biz onda bu şəxsin 
söylədiklərinə  təslim  olarıq.  Əgər  göstərə  bilməsəniz  (əsla  göstərə  bilməzsiniz!) 
onda lənət edin belə təəssübkeş inadkar insanlara ki, onlar alim adlandıqları halda 


 
232 
təsir altında olan, həqiqətlərdən xəbərsiz insanları aldadır və müsəlmanlar arasına 
ixtilaf və düşmənçilik salırlar.  
O,  kitabının  II  cildində  yazır:  «Şiələr  imam  Zamanı  (ə)  gözlədikləri  üçün 
Samirra  sərdabəsi  kimi  bir  çox  yerlərdə  gündüzləri  bir  at,  qatır  və  ya  başqa  bir 
minik  hazırlayıb  «Miniyin  hazırdır,  hər  kəs  silahlı  olaraq  səni  gözləyir.  Artık 
qiyam  et»  -  deyə  imamları  səsləyirlər.  Əsasən  ramazan  ayının  son  günlərində 
qayıdıb,  qiyam  etməsi  üçün  onu  çağırırlar.  Elələri  vardır  ki,  İmam  (ə)  gəldiyi 
zaman birdən namazda ola bilər deyə, onu görməmək və xidmətində ola bilməmək 
qorxusuna görə namazlarını tərk edirlər». (şiə və sünnilərin qəh-qəhəylə gülüşləri)  
Çölün düzündə oturub söz uyduran bu adamın hədsiz-hesabsız və gülünc iftira 
və  yalanlarından  daha  çox  günümüzün  misirli,  suriyalı  və  s.  alimlərin  sözləri 
hamısından daha təəccüblüdür. Bu alimlər hər yerdə şiələrlə birgə həyat sürürlər. 
Xüsusilə  əhalisinin  hamısını  əhli-sünnət  qardaşları  təşkil  edən  Samirra  şəhərində 
yerin  altındakı  müqəddəsə  sərdabın  xidmətçilərinin  belə  hamısı  sünnidirlər. 
Araşdırmadan İbn Teymiyyə kimi şəxslərin yalan sözlərinə, uyaraq, bu cür xurafat 
və uydurmaları öz kitablarında yazırlar
1

Bunlar,  əhli-sünnət  alimlərinin  şiə  camaatına  etdikləri  xəyanətlərdən  bəzi 
misallar  idi.  Əgər  İbn  Həcər  Məkki,  Cahiz  və  Qazı  Ruzbəhan  kimi  şəxslərin 
sözlərinin  sadəcə  siyahısını  anlatmağa  başlasam,  gərək  bir  neçə  gecə  vaxtınızı 
alam. Başqalarına rəhbərlik etmək istəyən belə alimlərin yalan və uydurma sözləri 
ilə vaxtınızı zay etmək istəmirəm.  
 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin