233
uzaqdır, tədqiqatçı alimlərin gözündə isə heç bir dəyəri yoxdur. Bu kitabı açıb
oxuduqda görürsən ki, şiələrə nə qədər iftiralar atmışdır. Həzrət Əliyə (ə) tapınmaq
(sitayiş), tənəssüx (kopyalamaq) və təşbihdən (bənzətmək) tutmuş, ağlın və şəriətin
qəbul etmədiyi və özlərinin belə xəbəri olmadığı bir çox cəfəngiyyatı şiələrə nisbət
verir. Bu şəxsin həqiqətləri anlama idrakının olmadığı açıq-aydın bəllidir. Tarixi
hadisələr haqqında da hər hansı bir məlumatı olmadığı aşkardır. Dünyanın bir
guşəsində oturmuş kim nə demişsə, araşdırma aparmadan hamısını yazmış, adını
da «Miləl və nihəl» (Millətlər və inanclar) qoymuşdur!
İnsan bu kitabın bəzi yerlərindəki yalanları gördükdə, başqa bölümlərdə yer
alan sözlər də gözündən düşür. Oxucuların, kitabın mahiyyətini və müəllifin necə
bir şəxsiyyətə sahib olduğunu bilmələri üçün sadəcə bir tarixi hadisəni misal olaraq
xatırladacağam: İsna Əşəriyyə (yəni 12 imamlı şiələrin) haqqında fikir yürüdərkən
belə yazır: «İmam Məhəmməd Təqidən sonra, məzarı Qumda olan imam Əli ibn
Məhəmməd Nəqinin qızıldan düzəldilmiş böyük bir günbəzi olan geniş hərəmi
vardır. Qacar şahlarından Qəsirəddin şah onu təmir etdirərək, ziynətləndirmək
iftixarına nail olmuşdur».
Halbuki, həzrət Hadinin şərif məzarının Samirrədə – oğlu imam Həsən
Əsgərinin yanında olduğunu hər kəs bilir. Daha kifayət edər, sözü çox uzatmaq
istəmirəm. Bunlar minlərlə deyə biləcəyim misaldan biriydi.
Artıq Şeyx şiələr yalan söyləyir, iftira atır deməsin; sizin öz alimləriniz bu cür
işlər edirlər. Əbu Hüreyrəyə həqarət etmədiyimin bilinməsi üçün əhli-sünnətin
böyük alimlərinin onun iç üzü haqqında yazdıqlarından bəzilərini deyəcəyəm.
Dostları ilə paylaş: