Китабын ады


ƏBU HÜREYRƏNİN BUSR İBN ƏRTATLA MÜSƏLMANLAR



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə259/314
tarix02.01.2022
ölçüsü1,34 Mb.
#113664
1   ...   255   256   257   258   259   260   261   262   ...   314
2 5290018709182616340

ƏBU HÜREYRƏNİN BUSR İBN ƏRTATLA MÜSƏLMANLAR 
HAQQINDAKI ZÜL VƏ QƏTLİAMLARI 
 
Bir başqa dəlil budur: Təbəri, İbn Əsir, İbn Əbil Hədid, Əllamə Səmhudi, İbn 
Xəldun, İbn Həlləqan və s. tarixçiləriniz belə yazır:  
Müaviyə  ibn  Əbu  Süfyan,  qaniçən,  zalım,  qəlbi  qəsavətli  və  alçaq  Busr  ibn 
Ərtatı  yəmənliləri  və  ağamız  Əmirəl-mömininin  (ə)  şiələrini  qətl  etməsi  üçün  4 
min  şamlı  döyüşçüylə  bərabər  Mədinə  yolundan hücuma  keçmək  üçün  göndərdi. 
Onlar Mədinə, Məkkə, Taif, Təbalə (Təhamə bölgəsində bir şəhər), Nəcran, Ərhab 
qəbiləsi  (Həmədan  qəbilələrindən  biri),  Səna  və  Hazarmovtda  ağlagəlməz  qətllər 
etdilər.  Bəni-Haşim  və  Əmirəl-mömininin  (ə)  şiələrini,  qoca-cavan  bilmədən, 
qılıncdan  keçirtdilər.  Hətta  Peyğəmbəri-əkrəin  (s)  əmisi  Abbasın  oğlu  və  Yəmən 
valisi Ubeydullahın iki uşağına belə rəhm etməyib, başlarını kəsdilər. O  məlunun 
əmriylə öldürülənlərin sayının 30 mindən çox olmuşdur! 
Əməvi və onların təqibçilərinin bu əməlləri insanı çox heyrətləndirmir; çünki 
onlar  belə  şeyləri  ardıcıl  olaraq  edirdilər.  İnsanı  təəccübləndirən  şey,  başınızın 
üzərində tutduğunuz Əbu Hüreyrənin də, alçaq Busr ibn Ərtatla birlikdə bu səfərə 
çıxıb, onun faciəli qətllərini görməsi və orada iştirak etməsidir. Xüsusilə Cabir ibn 
Əbdullah  Ənsari,  Əbu  Əyyub  Ənsari  və  digər  bir  çox  səhabələrin  olduğu 
Mədinəyi-Münəvvərin  müdafiəsiz  və  günahsız  xalqına  edilən  zülmləri  öz 
gözləriylə  görürdü.  Səhabələr  qorxularından  ya  Mədinədən qaçmış  və  ya  evlərdə 
gizlənmişdilər.  Əbu  Əyyub  Ənsari  kimi  Rəsulallahın  (s)  xas  səhabələrinin  evləri 
yandırıldı.  Əbu  Hüreyrə  bütün  bunları  gördüyü  halda,  səsini  çıxartmadı,  yeri 
gələndə bu zalımlara yardımçı da olurdu.  
Mədinədəki  qətllərdən  sonra  bu  zalım  oldu  Məkkəyə  doğru  hərəkət  edərkən 
Əbu Hüreyrə orada onların vəkili olaraq qaldı. Daha sonra müaviyə onun bu kimi 
xidmətləri  və  Busr  ibn  Ərtata  etdiyi  yardımları  müqabilində  onu  Mədinəyə  vali 
təyin etdi.  


 
236 
Allah  eşqinə  insafla  söyləyin,  bu  dünyapərəst  insan  3  il
1
  Rsuli-əkrəmin  (s) 
səhabəsi olmasına baxmayaraq, bu müddət ərzində necə ola bilər 5 min hədis nəql 
etsin?  Hər  iki  məzhəbin  qəbul  etdiyi  Əllamə  Səmhudi  «Tarixul-Mədinə»də, 
Əhməd  ibn  Hənbəli  «Müsnəd»də,  Səbt  ibn  Covzinin  «Təzkirə»nin  163-cü 
səhifəsində qeyd olunan və başqa alimlərin Rəsuli-əkrəmdən (s) nəql etdikləri bu 
məşhur hədisi eşitmədinizmi? 
«Kim  Mədinə  xalqını  zülmlə  qorxudarsa,  Allah  da  onu  qorxudacaqdır. 

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin