239
Biz o Əbu Hüreyrəni tənqid edirik ki, qarınqulu idi. Əmirəl-möminin həzrət
Əlinin (ə) ən fəzilətli olduğunu bilməsinə baxmayaraq, Onu buraxıb, məlun
Müaviyənin yağlı süfrəsini seçdi. S axta hədislər Uyduraraq, sizin də Xuləfeyi-
raşidindən biri kimi qəbul etdiyiniz müttəqilərin imamı və müsəlmanların
xəlifəsinə – həzrət Əliyə (ə) səbb və lənət oxunması üçün Müaviyəyə yardımçı
oldu.
Bu qədər yetər; bundan çox məclisin vaxtını almaq istəmirəm. Mövzunu bir
az çox uzatdığım üçün də üzr istəyirəm. «Haqsızlıq edirsiniz» dediyiniz üçün
yalnız biz deyil, xəlifələr, səhabələr və böyük alimlərinizin də onu rədd etdiyini
isbat etmək istədim. Dünya malı və məqamına yetişmək üçün Rəsulallahın (s)
adına saxta hədis uyduran və onları səhih hədislərlə qarışdıran belə saxtakarların
hədisinə etibar edilməz! Bu səbəbdən Rəsulallah (s) belə buyurmuşdur:
«
Məndən sizə bir hədis nəql edildikdə, onu Allahın kitabı ilə müqayisə
edin».
Əhəmiyyətli bir mövzu olduğu üçün, ağaların işa namazının vaxtından bir az
keçmişdi. Söhbət bura yetişdikdə, onlar durub namaz qıldılar. Bir az söhbət edib,
çay içdikdən sonra məclis yenidən rəsmiləşdi.
Dəvətçi: «İndiyə qədər söylədiklərimizi nəzərə alaraq siz və biz Rəsuli-
əkrəmdən (s) nəql edilən hər hədisi Quranla müqayisə etmək məcburiyyətindəyik.
Qurana uyğundursa qəbul olunmalı, əks təqdirdə rədd edilməlidir.
Dostları ilə paylaş: