Dəvətçi: «Babalarımızdan İrana Hicrət edən ilk şəxs yeddinci imam Həzrət
Museyi-Kazımın (ə) oğlu Həzrət Seyid Əmir Məhəmməd Abid olmuşdur. O,
fəzilətli, təqvalı və çox ibadət etdiyinə görə, «Abid» ləqəbiylə məşhur olmuşdur.
Bütün ömrünü gecələri namaz qılmaq və gündüzləri oruc tutmaqla keçirmiş,
Kəlamullahı (Allahın kəlamı olan Qurani-kərimi) yazmağı çox sevərmiş. O,
yazdığı müqabilində aldığı zəhmət haqqıyla çox sayda kölələr alıb, azad etmişdir.
Mübarək məzarı indiyə qədər Şirazda bütün xalqın ziyarətgahıdır. Məqbərəsi çox
gözəl bir şəkildə tikilmişdir. Mübarək qəbrinin ətrafında qəbrin ziyarətçilərinin
izdihamı qarşısında qorunması və ayaq altında qalmaması üçün Nəsrəddin Şah
Qacarın əmisi oğlu mərhum Hacı Fərhad Mirzə Mötəmədud-dövlənin oğlu
Şahzadə Uveys Mirzə Mötəmədud-dövlətis-sani gümüşdən çox gözəl bir
zireh
1
düzəltdirmiş və ziyarətçilərin ibadət və camaat namazı qılınan yeri və
mütəhhhər hərəmini də kiçik aynalarla bəzətmişdir. Xüsusən, fars xalqı o mübarək
məkana daha çox maraq göstərir. Rəsulallahın (s) pak Əhli-beyti (ə) və tövsiyə
etdiyi kəslərdən olan o məqbərə sahibinin əzəmətli ruhu vasitəsiylə Allahın lütf və
ehsanına yetişirlər».
Hafiz: «Onun Hicazdan Şiraza hicrət etməsinə nə səbəb olmuşdur?».