olan məhəbbətdən başqa heç bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, biz də onun savabını artırarıq» nazil olduqda səhabələr belə dedilər: «Ya Rəsulallah!
Allahın, sevməyi bizə vacib etdiyi yaxınların kimlərdir?» Rəsulallah (s) cavabında:
«Əli, Fatimə, Həsən və Hüseyndir» buyurdu. Bəzi hədislərdə də Rəsulallahın (s)
belə buyurduğu nəql edilir: «Əli, Fatimə və onların iki oğludur».
Bu kimi hədislər mötəbər kitablarınızda çoxdur. Amma vaxtın azlığı onların
hamısını nəql etməyə imkan vermir.