35
karvan hərəkət etmək istədikdə, ehtiyat edərək qadınları karvanın arxasına
keçirtdilər. Köç təbili çalınmamış, Qətləğ xan ordusuyla onların yolunun qarşısını
kəsdi. Artıq məsələ əməl mərhələsinə keçdi. Çox şiddətli, qanlı bir döyüş başladı,
Qətləğ xanın ordusu bəni-Haşimin həmləsi və şücaəti qarşısında məğlub olub,
dağıldılar.
Sonra bu səbəbdən seyid Əmir Əhməd gecə ikən qardaş və qohumları ilə
birlikdə başqa bir yolla Şiraza doğru hərəkət etdilər. Əhməd ətrafdakıları «Düşmən
bizi təqib edir. Ələ keçməmək üçün müxtəlif geyimlərdə sağa-sola dağılmağınız
daha yaşı olar» dedi.
İmamın (ə) övladları bu tövsiyəyə əməl edərək, elə o gecə şəhərin ətrafına
dağıldılar
1
. Əmir Əhməd, seyid Əmir Məhəmməd Abid və seyid Əlauddin Hüseyn
Şiraza gedib, tanınmayacaq geyimdə bir-birlərindən ayrıldılar. Hər biri bir guşəyə
çəkilib, ibadətlə məşğul oldu.
Dostları ilə paylaş: