«Fatiməni» deyə cavab verdi. «Kişilərdən daha çox kimi sevirdi» dedikdə də;
«Onun həyat yoldaşı Əli ibn Əbu Talibi» dedi».
Muxlis Zəhəbi və Hafiz Əbulqasim Dəməşqi Aişədən bu hədisi nəql
etmişlər: «Rəsulallahın, Əli və Fatimədən daha çox sevdiyi bir kəsi
görmədim».
Hafiz Xacəndi, Məazətul-Ğifariyyədən belə nəql edir: «Rəsulallah (s)
Aişənin evindəykən onun hüzuruna getdim. Həzrət Əli də ordaydı. Rəsulallah
(s) Aişəyə belə buyurdu:
«Həqiqətən, bu (Əli), ən çox sevdiyim və mənim yanımda ən dəyərli olan
insandır. Onun haqqını tanı, onun dəyər və məqamını bil».
Şeyx Əbdüllah ibn Məhəmməd ibn Amil Şəbrəvi Şafei (böyük alimlərinizdən
sayılır) «İttihaf fi hubbil-əşraf» kitabının 9-cu səhifəsində, Süleyman Bəlxi
251
«Yənabiul-məvəddə»də və Məhəmməd ibn Təlhə Şafei «Mətalibis-Süul»un 6-cı
səhifəsində Tirmizidən, o da Cumey ibn Umeyrdən belə nəql edirlər: «Bibimlə
birlikdə Ümmül-möminin Aişənin yanına getdik. Mən ondan Rəsulallahın (s) ən
çox sevdiyi insanların kimlər olduğunu soruşdum. Aişə də «Qadınlardan Fatimə və
kişilərdən onun həyat yoldaşı Əli ibn Əbu Talib» deyə cavab verdi».
Eyni xəbəri Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba» kitabının 11-ci
Məvəddəsində sadəcə bu fərqlə Cumeylin belə dediyini nəql edir: «Bunu
Xalamdan soruşdum, o da belə cavab verdi».
Xətib Xarəzmi «Mənaqib» kitabının VI fəslinin sonunda bu hədisi Cumey ibn
Umeyrdən, o da Aişədən nəql edir.
İbn Həcər Məkki «Səvaiq» kitabının II fəslinin axırında həzrət Əlinin (ə)
fəziləti haqqında qırx hədis nəql etdikdən sonra Tirmizidən, o da Aişənin belə
dediyini nəql edir: «Fatimə qadınların, yoldaşı da kişilərin içində Rəsulallahın ən
çox sevdiyi kisələrdir».
Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul» kitabının 7-ci səhifəsində bu
mövzuda bir çox hədis nəql etdikdən sonra mövzu haqqında əqidəsini bu cümlə ilə
aşkar edir: «Bütün bu səhih hədislər isbat edir ki, Rəsulallahın (s) qadınlar içində
ən çox sevdiyi kəs Fatimədir. O Cənnətdəki, Mədinəli və bütün ümmətin
qadınlarının ən üstünüdür».
Əqli və nəqli dəlillər həzrət Əli (ə) və həzrət Fatimənin (ə.s) Rəsullahın (s) ən
çox sevdiyi insanlar olduğunu əsaslandırır.
Rəsulallahın (s) həzrət Əlini (ə) hər kəsdən daha çox sevdiyini və hər zaman
Onu ön tutduğunu isbat edən hədislərin arasında ən əhəmiyyətlisi «Təyri Mişviy»
(qızardılmış quş) adıyla məşhur olan hədisdir. Bu hədislə həzrət Əlinin (ə)
ümmətin içində Rəsulallahın (s) ən çox sevdiyi kəs olduğu tamamən isbat edilir.
Sözügedən hədis iki məzhəb arasında o qədər məşhurdur ki, onun kimlər
tərəfindən rəvayət edildiyini söyləmək belə mənasızdır. Amma «Bu hədisi şiələr
uydurmuşlar» deyənlərin əlinə bəhanə verməmək üçün yenə də onun yadımda olan
sənədlərindən bəzilərini demək istəyirəm.
|