Şeyx: «Ayənin Əbu Bəkrin (r.z) şərəf və fəzilətinə dəlil olan tərəfi «onunla bərabər olanlar» cümləsidir. Bu cümlə onun fəzilətini isbat edir. Çünki Əbu Bəkr
Leylətul-Ğarda Peyğəmbərlə (s) birlikdə idi.
Xulafei-raşidinin xilafətlərinə gəldikdə; bu ayədə aydın görülməkdədir.
«Onunla bərabər olanlar»dan məqsəd, yuxarıda da söylədiyim kimi Əbu Bəkrdir.
O, Hicrətdə Sovru-Leylətil-Hicrət məğarasında Rəsulallahla (s) bərabər idi.
«Kafirlərə qarşı sərtdirlər»dən məqsəd, Öərdir (r.z). Çünki o kafirlərə qarşı çox
şiddətliydi. «ÖZ aralarında mərhəmətlidirlər»-dən məqsəd də Osmandır (r.z).
Çünki o çox mərhəmətliydi. «Onların əlaməti, üzlərində olan səcdə nişanəsidir»
cümləsindən əqsəd də Əli ibn Əbu Talibdir (ə).
Ümid edirəm, haqqın bizimlə olduğunu qəbul edib onu, pak fikrinzlə təsdiq
edərsiniz. Görürsünüz ki, Əli birinci xəlifə deyil, dördüncü xəlifədir. Çünki Allah-
təala onu Quranda dördüncü mərtəbədə zikr etmişdir».