258
İndiyə qədər heç kim məzkur ayəni bu şəkildə təfsir etməmişdir. Hətta ən
mötəbər təfsir kitablarınızda belə ayə belə təfsir edilməmişdir. Əgər bu ayə
xəlifələr haqqında oslaydı, Əbu Bəkr Rəsuli-əkrəmin (s) vəfatından sonra həzrət
Əli (ə), bəni-Haşim və ona qarşı çıxıb beyət etməyən digər böyük səhabələrin
etirazlarına qarşı bu ayəni dəlil olaraq gətirib, hər kəsi susdura bilərdi. Demək ki,
buyurduğunuz sonradan çıxarılan və sahibinin də belə bir təfsirə razı olmadığı bir
mənadır.
Təbəri, imam Sələbi, Fazil Nişapuri, cəlaluddin Siyuti, Qazı Zəməxşəri və
imam Fəxri Razi kii digər böyük müfəssirlərinizin heç bir ayəni bu şəkildə təfsir
etməmişlər. Nə zamandan bəri və kimlər tərəfindən bu şəkildə məna edildiyini
bilmirəm. Üstəlik, ayədə iddianızın əksinə olaraq elmi, ədəbi və əməli maneələr
vardır. Kim ayəni belə təfsir etmişsə, hədər yerə çalışmışdır. Belə təfsir edən
kimsə, əhli-sünnətin böyük alimlərinin yazdığı təfsirlərin başında Rəsulallahdan (s)
nəql etdikləri bu hədisə diqqət etməmişdir:
«
Kim Quranı öz rəyinə görə təfsir edərsə. Onun yeri cəhənnəmdir».
Bunun təfsir deyil təvil olduğunu söyləsək, o zaman bilin ki, sizlər təvili
qətiyyən qəbul etmirsiniz. Əlavə olaraq bu şərif ayə elm, ədəb və ibarət
baxımından məqsədinizə əks nəticə verir».
Şeyx: «bu qədər aydın bir ayəni inkar edəcəyiniz güman etmirdim. Əgər,
həqiqətən, bu ayənin qarşısında dəliliniz varsa, həqiqətin ortaya çıxması üçün
buyurun».
Dostları ilə paylaş: