«MAĞARA AYƏSİ»NİN DƏLİL GƏTİRİLMƏSİ VƏ ONUN CAVABI
Şeyx: «Cidal edirsən» deməniz çox təəccüblüdür. Amma siz, doğurdan da,
cidal edirsiniz. Məgər Allah-təala Qurani-kərimin «Tövbə» surəsinin 40-cı
ayəsində belə buyurmurmu?:
«Əgər siz ona (həzrət Məhəmmədə) kömək etməsəniz, bilin ki, Allah onsuz da yardım etmişdir. Onda ki, kafirlər onu iki nəfərdən biri olaraq [yurdundan] çıxartdılar. Onda ki, hər ikisi mağarada idilər və onda ki, yoldaşına «Qəm yemə!
260
Allah, həqiqətən, bizimlədir» deyirdi. Onda Allah ona (Peyğəmbərə) sükunəti