nazil etdi. Onu sizin görə bilmədiyiniz ordu ilə gücləndirdi...». Bu ayə əvvəlki ayəni təyid etməsi tərəfdən, «Vəlləzinə məəhu» (onunla
bərabər olanlar) cümləsindən də, hicrət gecəsi mağarada Rəsulallahla (s) bərabər
olan Əbu Bəkrin ümmətin hamısından daha fəzilətli və şərəfli olduğuna ən böyük
dəlildir. Bundan başqa, Rəsulallah (s) batini elmlə Əbu Bəkrin O həzrətin xəlifəsi
olacağını və özündən sonra da bir xəlifənin varlığının olmasını zəruri bildiyindən,
onu da özü ilə birlikdə aparmışdı. Çünki onun qorunması lazım gəlirdi. Əgər
şəhərdə qalsaydı düşmənlərin əlinə keçə bilərdi. Ondan başqa heç kimi özü ilə
aparmadı. Bu səbəbdən deyirik ki, xəlifə olmaq ilk olaraq onun haqqı idi».
Dəvətçi: «Əhli-sünnət libasını çıxarıb bir kənara qoymadıqca, açıq gözlə
tərəfsiz və təəssübsüz bir insan kimi ayəyə baxmadıqca, ayənin iddianıza hər hansı
bir dəlil təşkil etmədiyini görə bilməzsiniz».