Qiyamət gününə kimi lənətlənmisən»
1
.
Bilirsiniz, misal dedikdə irad tutulmaz. Bunları mövzunun yaxşı bir şəkildə
anlaşıla bilməsi üçün söyləyirəm. İnsanlar da eynidir; onların da arasında elələri
vardır ki, əvvəldə Allahın dostları olur, lakin imtahan vaxtı yetişdikdə, Allahın
düşməni halına gəlirlər. Burada misal olaraq iki nəfərə toxunacağam. Qurani-
məcid insanların ibrət alması və ümmətdən olan qafillərinin oyanması üçün onlara
işarə etmişdir.